Accessibility links

Əfqanıstandakı durum müzakirə ediləcək


Azərbaycan əfqan diplomatlar və sərhədçilərə treninqlər keçir, Əfqanıstan ərazilərinin minalardan təmizlənməsi üçün mütəxəssislər hazırlayır

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov aprelin 18-20-də Brüsseldə İSAF (Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin sözlərinə görə, Əfqanıstandakı durum nazirlərin diqqət mərkəzində olacaq. Rəsmi Bakı bu əməliyyata öz töhfəsini verib və Kabili dəstəkləyir. “Azərbaycan əfqan diplomatlar və sərhədçilərə treninqlər keçir, Əfqanıstan ərazilərinin minalardan təmizlənməsi üçün mütəxəssislər hazırlayır. Azərbaycan ərazisi vasitəsilə Əfqanıstana aviareyslər həyata keçirilir”.
Xatırladaq ki, son günlər Əfqanıstanda durum kəskin dəyişib, taliblər NATO qərargahı da daxil olmaqla, qərb ölkələrinin Kabildəki səfirlikləri qarşısında partlayışlar törədib.
NATO-nun rəhbərlik etdiyi beynəlxalq qoşun kontingenti İSAF 2001-ci ildən Əfqanıstan ərazisində fəaliyyət göstərir. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri BMT TŞ-nin 2001-ci il 20 dekabr tarixli 1386 saylı qətnaməsinə uyğun olaraq yaradılıb. ISAF-da 48 ölkə iştirak edir. İSAF-ın məqsədi Əfqanıstanda təhlükəsizliyin təminatında ölkə hakimiyyətinə və beynəlxalq qurumlara yardım göstərilməsidir.
İlkin olaraq İSAF-ın məsuliyyət zonası yalnız Kabili əhatə edib. 2013-cü ilin oktyabrından BMT TŞ missiyanın Kabilin hüdudlarından kənarda da genişləndirilməsi barədə qərar qəbul edib və İSAF bütün ölkə ərazisində təhlükəsizliklə bağlı məsuliyyəti öz üzərində götürüb.

XS
SM
MD
LG