Accessibility links

ABŞ əsgəri tərəfindən öldürülənlərin ailələrinə kompensasiya ödənilib


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, ABŞ amerikalı əsgər tərəfindən öldürülən əfqanların ailələrinin hər birinə 50 min dollar məbləğində kompensasiya ödəyib.

Yaralananlar üçün ayrılan vəsait 11 min dollar təşkil edib. Yraqlıların hücumundan ehtiyat edilərək kompensasiyaların ödəniş tədbirinə mətbuat buraxılmayıb.

NATO-nun Əfqanıstandakı rəsmisi kompensasiyanın ödənişini nə təsdiq, nə də ki, inkar edib.

9-u uşaq olmaqla, 16 adamı qətlə yetirən əsgərin məhkəməsi artıq başlayıb. Robert Beylsə qarşı 17 qətl və 7 qətlə cəhd ittihamı irəli sürülüb. Mart ayının 11-də hərbi bazanı tərk edən əsgər dinc əhalini atəşə tutub.

Beyslin vəkili onun hücumdan əvvəl spirtli içki qəbul etdiyini və hücum gecəsi nə baş verdiyini xatırlamadığını bildirib.

Günahkar bilinsə əsgəri ölüm cəzası gözləyir. Amerikada son 50 il ərzində ölüm hökmü altında olan sabiq hərbçilərin cəsazı icra edilməyib.

XS
SM
MD
LG