Əfqanıstan rəsmiləri şərqindəki Paktika vilayətində polisin doqquz zabiti güllələdiyini bildirib. Rəsmilər hücumun dünən Yahyakil mahalında baş verdiyini deyib. Rəsmilər hücumun ardınca iki nəfərin həbsə alındığını, bir zabitin isə qaçdığını deyib.
Hücumun məsuliyyətini öz üzərinə götürən Taliban hadisəni polis idarəsinə sızdırdığı üzvünün həyata keçirdiyini deyib. Yaraqlı qrup hadisəni törətdikdən sonra hücumçunun aradan çıxaraq Talibanın ərazıdəki döyüşçülərinə qoşulduğunu deyib. Bu arada NATO iki üzvünün cənubi Əfqanistanda iki fərqli insident zamanı həlak olduğunu deyib.