Əfqanıstanın cənubunda yolkənarı bomba partlayışı iki yerli şura üzvünün və bir polis zabitinin həyatlarına son qoyub.
Rəsmilər deyirlər ki, iki şura üzvü həmçinin Uruzqan ilayətində baş verən partlayışda yaralanıb.
Hücuma görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.
Taliban və başqa militantlar tez-tez partlayıcı maddələrdən istifadə edərək əfqan və koalisiya təhlükəsizlik qüvvələrini, habelə siyasətçiləri hədəf alırlar.
Əfqanıstanın şərqində bir NATO əsgəri döyüşlə əlaqəsi olmayan insidentdə həlak olub.
Beynəlxalq koalisiya həlak olan əsgərin miliyətini açıqlamayıb.