Accessibility links

Mayın 2-i Osama Bin Ladenin öldürülməsinin birinci ildönümüdür


Üsama Bin Ladenin öldürülmədən əvvəl Pakistanda gizləndiyi ev
Üsama Bin Ladenin öldürülmədən əvvəl Pakistanda gizləndiyi ev

Mayın 2-i Osama Bin Ladenin öldürülməsinin ildönümüdür. İllərlə sürən axtarışdan sonra Əl -Qaida lideri Pakistanın Abbotabad şəhərindəki imarətdə yaşadığı aşkar edilmiş və ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin gizli əməliyyatı nəticəsində öldürülmüşdü. Bin Ladenin evindən götürülən komyuter onun və Əl-Qaidənin fəaliyyəti barədə kəşfiyyat orqanlarını önəmli məlumatlarla təmin edib.

Bin Ladenin Pakistanda gizlənməsi ABŞ rəsmilərini olduqca qəzəbləndirmişdi. Pakistan isə Birləşmiş Ştatların xüsusi təyinatlılarının Pakistan ərazisi daxilində bu ölkə rəsmilərinə bildirmədən gizli əməliyyat həyata keçirməsinə sərt reaksiya göstərmişdilər.

Səudiyyə Ərəbistanında varlı bir ailəyə mənsub olan Osama Bin Laden əvvəlcə Əfqanıstanda Sovetlərin işğalına qarşı mücahidlərlə bir yerdə mübarizə aparıb. Daha sonra terror fəaliyyətlərində iştirak edib. Birinci Körfəz Müharibəsi vaxtı Səudiyyə Ərəbistanı ərazisində ABŞ qoşunlarının yerləşdirilməsinə etiraz edərək, ABŞ qoşunlarını müqəddəs hesab etdiyi Səudiyyə torpaqlarından çıxarmaq üçün 90-cı illərdə Əl-Qaidəni təsis edib.

ABŞ-da 2001-ci ildə həyata keçirilən və minlərlə insanın həyatını itirməsi ilə nəticələnən hücumlar da daxil olmaqla,dünyanın bir çox ölkəsində, xüsusilə Birləşmiş Ştatlara məxsus hədəflərə qarşı terror əməliyyatlarında aparıcı rol oynayıb.

Osama Bin Ladenin öldürülməsindən bir il keçsə də, Əl-Qaidənin fəaliyyətləri davam edir. Terrorçuluğun qarşısının alınmasında bəzi uğurlar əldə olunsa da, hələ də bəzi ölkələrdə arabir hücumlar həyata keçirilir. Buna baxmayaraq, bəziləri 2001-ci ildən bəri Birləşmiş Ştatlar ərazisində Əl-Qaidanın daha bir hücumu gerçekləşdirə bilməməsini ABŞ Təhlükəsizlik qüvvələrinin böyük nailiyyəti kimi qəbul edirlər.

Həqiqətən də həmin müddət ərzində Birləşmiş Ştatların sərhədləri daxilində, ələlxüsus bir neçə böyük şəhərdə böyük insan itkisinə səbəb ola biləcək onlarla terror aktları planlaşdırılsa da indiyə qədər onların hamısının üstü açılıb və belə planlarda əli olanlar məsuliyyətə cəlb edilib.

On ildən artıqdır davam edən əməliyyatlara baxmayaraq, Əl-Qaidə və Talibanın Pakistanın Əfqanıstanla sərhədinə yaxın bölgədə tayfaların nəzarətindəki şəhər və qəsəbələrdə güclü dəstəyə malikdir.

XS
SM
MD
LG