Accessibility links

Əfqanıstandakı Taliban Qəzni vilayətindəki məktəbləri bağlayıb


Washington Post qəzetinin bildirdiyinə görə, Əfqanıstanın cənub-şərqində Taliban 50-yə yaxın məktəbin bir hissəsini tamamilə, bəzilərini isə qismən bağlayıb. Qəzet Talibanın bu addımı Əfqanıstan hökumətinin mülki vətəndaşlara və yerli rəsmilərə qarşı hücumlarda istifadə edildiyini deyərək, Qəzni vilayətində motosiklet sürülməsinə qadağa barədə qərarından sonra atdığını yazır.

Qəzni vilayətinin qubernatoru Washington Post qəzetinə deyib ki, motosiklet sürülməsinə qadağa bu nəqliyyat vasitəsindən insanların qətlə yetirilməsində istifadə edildiyinə görə qoyulub. Qəzet Talibanla Əfqanıstan hökumətinin arasında gərginliklərin artdığı bir vaxt belə bir qərarın ABŞ və alyans tərəfindən dəstəkləndiyini yazır.

Rəsmilər bu həftə Qəzni vilayətindəki 36 min şagirdin demək olar ki, yarısının bu həftə məktəbə getmədiyini bildirib.


XS
SM
MD
LG