Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, bu gün Fəryab vilayətinin Gormuş mahalındakı mağazada həyata keçirilən bomba hücumu yerli rəsmi də daxil edilməklə, doqquz nəfərin ölümünə səbəb olub. Yerli şura rəsmisinin ölümünə səbəb olan bombanın uzaq məsafədən idarə edilərək partladıldığı deyilir.
Kabildə sülh danışıqlarına rəhbərlik edən Arsala Rəhmaninin qətlə yetirilməsindən bir gün sonra həyata keçirilən bu bomba hücumunun məsuliyyətini hələlik öz üzərinə götürən olmayıb. Arsala Rəhmanı Əfqanıstanın 70 üzvdən ibarət Ali Sülh Şurasına başçılıq edirdi.
Əfqanıstan rəsmiləri üsyançıların yaz hücumlarına başlayacaqları barədə xəbərdarlığından sonra ölkədə hücumların artacağını deyirlər.
Taliban isə bu hücumda əli olmadığını deyir.