Əfqanıstanın şimalında baş verən daşqın azı 19 adamın həyatına son qoyub.
Rəsmilərin dediklərinə görə Sarı Pul vilayətində yaşayış məntəqələrini sel aparması nəticəsində 50 adam itkin düşüb.
Sellər təqribən 1000 evi dağıtmış, azı 6000 adam yüksək məkanda sığınacaq tapmağa məcbur olmuşlar.