İyunun 11-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Müqəddəs Qüds şəhərinə dəstək məqsədilə Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransları keçirilir.
Konfranslarda beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən İƏT, İSESCO, Körfəz Əməkdaşlıq Şurası, İnkişaf naminə İslam Həmrəyliyi Fondu, İslam İnkişaf Bankının təmsilçiləri iştirak edir. Həmçinin İƏT-ə üzv dövlətlərin təmsilçiləri, - xarici işlər nazirləri, Xarici İşlər Nazirliklərinin rəsmiləri, Bakıdakı diplomatik nümayəndəliklərinin başçıları və əməkdaşları da toplantıya qatılıb.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov konfransın müsəlman dünyası üçün mühüm əhəmiyyət daşıdığını bildirib. O, Fələstinin müstəqil dövlət kimi tanınması yolunda mühüm addımlardan biri kimi bu ölkənin YUNESKO-ya qəbulunu qeyd edib.
Ümidvar olduğunu bildirib ki, Fələstin BMT-nin də tam hüquqlu üzvü olacaq.
Azərbaycan öz tərəfindən Qüdsün infrastrukturunun inkişafı üzrə layihələrin maliyyələşdirilməsi barədə qərar qəbul edib.
E.Məmmədyarov Qarabağ məsələsində Azərbaycanın mövqeyini və ölkənin ərazi bütövlüyünü dəstəklədiyinə görə İƏT-ə təşəkkürünü bildirib.
İƏT-in baş katibi Ekmaleddin İhsanoğlu bildirib ki, Bakı konfransı Qüdsün orjinal mədəni xarakterinin qorunması üçün vacibdir.
“Biz İsrailin hüquqa zidd hərəkətlərini pisləyirik. Qüdsün müqəddəs yerlərinin qorunması, Fəslstinin müstəqilliynə qayıtması bizim əsas məqsədimizdir. İsrailin müqəddəs yerlərdə qanunsuz olaraq yəhudiləri məskunlaşdırmasını pisləyirik. Qüdsdən fələstin əhalisinin çıxarılması davam edir. Qüdsdə təhsil, məktəblər, xəstəxanalar pis vəziyyətdədir. 10 minlərlə uşaq təhsildən kənarda qalır. Sinif otaqları çatışmır. Qüds xəstəxanası yenilənməlidir”, o qeyd edib.
Baş katibin dediyinə görə, İsrailin evləri dağıtması, torpaqları qanusnuz olaraq mənimsəməsi əhali sıxlığına səbəb olub.
“Hər il 1400 evə rhtiyac olduğu halda cəmi 400 ev tikilir. Qüdsdə köhnə şəhərdə evlərin cəmi 10 faizi yaralıdır”.
İhsanoğlu ümid edir ki, Bakı konfransı Qüdsün müqəddəs yerlərinin bərpasına, şəhərin inkişafına kömək edəcək.
Misitrin xarici işlər naziri Mohammed Kamal Amr da israil işğalını pisləyib.
“Misir müstəqil Fələstin dövlətinin qurulmasını dəstəkləyir. Biz BMT qətnamələrinin yerinə yetirilməsini istəyirik”.
Nazir həmçinin Fələıstinin humanitar durumununn ağırlığını diqqətə çatdırıb və bütün müsəlman dünyasını müqəddəs yerlərin bərpasına çağırıb.
“Müsəlman əhalisinin Qüdsdə qalması üçün evləri, məktəbləri, səhiyyəsi və social infrastrukturu bərpa edilməlidir”, o qeyd edib.
Öz növbəsində Fələstin xarici işlər naziri Riad əl-Maliki Azərbaycana təşəkkürünü bildirərək Fələstin torpaqlarının işğalının aradan qaldırılması, BMT TŞ-nin qətnamələrinin reallaşması üzrə kollektiv dəstəyin vacibliyini vurğulayıb.
O qeyd edib ki, işğal Qüdsün görünüşünü dəyişib, burada müsəlman və xristian irsi dağıdılır.
“Bütün çətinliklərə, problemlərə, işğala baxmayaraq Fələstin xalqı Qüdsün tarixiliyini qoruyub saxlayıb. Bu gün biz səhv etsək tarix bizi bağışlamayacaq. Qüds hamımızı çağırır. Onu ümidsiz qoymamalıyıq”, deyə nazir İƏT üzv dövlətlərə müraciət edib.
Konfransın yekun sənədinin layihəsinə görə, Qüdsün inkişafına 499. 157. 627 dollar yardım edilməsi nəzərdə tutulur.