Accessibility links

Con Kerri Mahmud Abbasla görüşüb


ABŞ dövlət katibi Fələstin prezidenti Mahmud Abbasla görüşüb. Con Kerri İsrail-Fələstin sülh müzakirələrinin bərpası səylərini davam etdirir.

O, bundan əvvəl istanbulda ikən Türkiyə və İsraili diplomatik əlaqələrin təcili şəkildə bərpa edilməsinə çağıraraq, hər iki ölkənin Yaxın Şərqin əsas məsələrinin həllində aparacı qüvvə olduğunu deyib.

Con Kerri İstanbulda Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu və baş nazir Rəcəb Tayyib Ərdoğanla gürüşüb. Davutoğlu ilə birgə mətbuat konfrasında Kerri deyib ki, 8 Türkiyə bə 1 Amerika vətəndaşınını həlak olduğu flotiliya insidentindən sonra kompensasiya ödənişi ilə bağlı yaxın zamanda razılıq əldə ediləcəyinə ümid bəsləyir.

ABŞ diplomatı İranın nüvə proqramı ilə bağlı mübahisələrin həlli üçün müzakirələrin davam etdirilməsinin vacibliyini qeyd edib. Lakin o, prosesin sonsuz olmadığını vurğulayıb.

Suriya münaqişəsinə toxunan dövlət katibi ABŞ və Türkiyənin Suriyada hakimiyyətin dinc yolla əvəz edilməsi kimi ortaq maraqları bölüşdüklərini bildirib. O deyib ki, Türkiyə Suriya qaçqınlarına səxavətli dəstək nümayiş etdirib.

BMT-nin təxminlərinə görə, son 2 ildə Türkiyədə 250 min Suriya qaçqını sığınacaq tapıb.

ABŞ dövlət katibinin 10 günlük səfərinə Qüds də daxildir.

Kerri bundan sonra Britaniyada Böyük Səkkizlərun görüşünə qatılacaq. Daha sonra o, Cənubi Koreya, Çin və Yaponiyada Şimali Koreyanın nüvə proqramı və ABŞ və onun müttəfiqlərinə qarşı təhdidiləri ilə bağlı müzakirələr keçirəcək.
XS
SM
MD
LG