Aprelin 21-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Yaxın Şərq regionuna dörd günlük rəsmi səfəri başlayıb.
Nazir Məmmədyarov Fələstinin xarici işlər naziri Riad al-Maliki və baş nazir naziri Salam Fayad ilə görüşüb.
Fələstin xarici işlər naziri Məmmədyarovun səfərini Azərbaycan ilə Fələstin arasındakı münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirib. Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusilə BMT TŞ, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında Fələstinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov Azərbaycanın regionda sülhün tezliklə bərqərar olmasının tərəfdarı olduğunu vurğulayıb, rəsmi Bakının Fələstinə dəstəyini davam etdirəcəyini bildirib. “Azərbaycan iki dövlət prinsipini dəstəkləyir”.
Həmçinin, nazir Elmar Məmmədyarov Fələstinin beynəlxalq ictimaiyyətin tam hüquqlu üzvü olmağa haqqı olduğunu və hər zaman olduğu kimi beynəlxalq təşkilatlarda Fələstini dəstəkləyəcəyini qarşı tərəfin diqqətinə çatdırıb.
Fələstinin Baş naziri Salam Fayad da ölkəsinin Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət və dəyər verdiyini deyib.
Azərbaycanın xarici işlər naziri isə ölkəsinin Fələstinlə bir çox sahələrdə, o cümlədən humanitar sahədə əməkdaşlıq perspektivinə toxunaraq, fələstinli tələbələrin Azərbaycanda təhsil alması üçün tərəfimizdən lazımi dəstəyin verildiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Daha sonra Yaxın Şərq regionunda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, nazir Elmar Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib və bu münaqişənin haqlı və ədalətli həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş verəcəyini bildirib.
Aprelin 22-də nazir Məmmədyarovun İsrailə səfəri başlayıb.
O ilk öncə İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Liberman ilə görüşüb.
Görüş zamanı iki ölkə arasındakı münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri, Cənubi Qafqaz regionunda gedən proseslər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi barədə müzakirələr aparılıb.