Accessibility links

Con Kerri İsrail və Fələstin arasında sülh danışıqlarının bərpası səylərini artıracağını deyir


Benyamin Netanyahu münaqişəni birdəfəlik həllinin tərəfdarıdır

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ xarici işlər naziri Con Kerriyə deyib ki, o, fələstinlilərlə sülh danışıqlarının bərpası üçün ciddi səy göstərəcək.

Cənab Netanyahu Kerri ilə Qüds görüşündən sonra jurnalistlər qarşısında münaqişəni birdəfəlik həll etmək niyyətini ifadə edib.

Con Kerri regionda İsrail və Fələstin liderləri ilə görüşərək sülhün bərqərar edilməsi üçün danışıqlar aparıb. O deyib ki, sadəcə iqtisadi səylər məsələnin həlli üçün kifayət etmir.

Dünən cənab Kerri müxbirlərlə söhbətində ABŞ-ın İsrail və fələstinlilərni münaqişəni zədələyən etimadsızlığı qıra biləcəklərinə inandığını deyib.

Kerri regiona səfəri çərçivəsində Ramallahda Fələstin prezidenti Mahmud Abbas, İstanbulda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
XS
SM
MD
LG