Accessibility links

Əsgər atasının fəryadı: Saxta tibbi ekspertiza, saxta istintaq


Əsgər ailəsi
Əsgər ailəsi

Şirzad Alıyev oğlunun hərbi hissədə öldürüldüyünü və ürək çatışmamazlığından ölməsi ilə bağlı saxta ekspert rəyi verildiyini bildirib

“Oğlum döyülərək öldürülüb. İndiyədək aparılan istintaqı da, məhkəmə-tibbi ekspertizanın rəyini rədd edirəm. Ekspertiza oğlum hipertrafik ksrdiomiopatiyadan öldüyü barədə rəy verib. Allan belə diaqnozu Sizə və balalarınıza qismət etsin. Bu bəyanatla bu gün keçirdiyi mətbuat konfransında ötən il dekabrın 10-dan 11-nə keçən gecə hərbi hissələrin birində dünyasını dəyişmiş əsgər Orxan Aliyevin atası Şirazi Alıyev bildirib.

2013-cü ildə Bakının Suraxanı rayonundan əsgəri xidmətə çağırılmış Orxan Alıyev dünyasını dəyişib. Hərbi tibbi ekspertiza əsgərin yataqdan durmadığını, onun hipertrafik kardiomiopatiyadan (ürək çatışmamazlığı) öldüyü rəyini verib. Ailə tibbi ekspertizaya inanmır, övladlarının öldürüldüyünü deyir.

Hərbi Prokurorluğun məktubu
Hərbi Prokurorluğun məktubu
Ş.Alıyevin sözlərinə görə, əsgərliyə getməmişdən iki gün öncə oğlu Mərkəzi Neftçilər Xəstəxanasında tibbi müayinədən keçib. Ata xəstəxananın tibbi müayinənin nəticələri ilə bağlı tibbi arayışını nümayiş etdirib. Arayışda Orxan Alıyevin tam sağlam olduğu göstərilib.

“Orxan polkda qaçış üzrə birinci yeri tutub və polk komandiri tərəfindən mükafatlandırılıb. Oğlum fiziki cəhətdən tam sağlam, idman yarışlarının qalibi, pəhləvan cüssəli idi”, ata qeyd edib.

O hərbi prokurorluğun məktubunu və Baksel Telefon Şirkətindən Orxanın danışdığı telefon nömrələrinin siyahısı barədə sənədi nümayiş etdirib. Prokurorluğun ailəyə ünvanladığı məktubda Orxan Alıyevin dekabrın 11-də saat 00.10-da yataqda olduğu zaman öldüyü qeyd olunub.

“Amma, Baksell şirkətinin arayışında oğlum dekabrın 11-də saat 00.25-də qardaşı ilə telefonla danışıb. Hadisə 32 nəfərin yaşadığı kazarmada hamının gözü qarşısında baş verib. Oğlumun qardaşı ilə telefon danışığı zamanı əsgərlər arasında mübahisə yaranıb və bundan sonra onu öldürüblər. Öldürən də orada, ölən də, şahidlər də. Amma indiyədək heç kim həbs edilməyib”, Şirazi Alıyev bildirib.

Ata hadisə yerinə prokurorluq orqanları dəvət edilmədən, ailəsinə xəbər verilmədən oğlunun dərhal Tərtər rayonuna tibbi ekspertizaya aparıldığını bildirib.

Baksell şirkətinin verdiyi sənəd
Baksell şirkətinin verdiyi sənəd
“Orada buz qoyaraq oğlumun bədənində zərbədən yaranmış qançırları götürüblər. İstintaq üçün əhəmiyyət kəsb edən alt köynəyi götürülüb. Oğlumun daxili orqanlarını da satış məqsədi ilə götürüblər. Oğlumun cəsədinə özümüz baxış keçirmişik. Qanunvericiliyə görə, məhkəmə tibbi ekspertizası zamanı valideynlər orada olmalı idi. Amma ailəyə ölümlə bağlı belə çox gec xəbər veriblər”. Ş.Alıyev qeyd edib.

Ailə ölkə prezidentinə, baş prokurora müraciət edib.

“Oğlumun qatillərinin həbs edilməsi, onun daxili orqanlarını satış məqsədi ilə götürənlərin, saxta istintaq aparan və saxta ekspert rəyi verənlərin cəzalandırılması, cəsədin ekskumasiya edilməsi, təkrar tibbi ekspertiza keçirilməsi, istintaqın düzgün aparılması üçün ailəmizə kömək etməyinizi xahiş və tələb edirik. Biz Azərbaycan vətəndaşıyıq və vətənimizi çox sevirik”, deyə ata media vasitəsi ilə müraciət edib.

Respublika Hərbi Prokurorluğundan deyilənlərlə bağlı şərh almaq mümkün olmayıb.
XS
SM
MD
LG