Çində məhkəmə dörd uyğuru ölüm cəsazına məhkum edib. İnsan hüquqlarını müdafiə edən qruplar iki ayrı-ayrı məhkəmədə keçən prosesi tənqid edərək, 32 adamın ölümülə nəticələnmiş iyul hadisələrində iştirakını təsdiq etmək məqsədilə ifadə almaq üçün uyğurlara işgəncə verildiyini bildirir.
Çin iyul ayında Sincan vilayətində qanlı torruşmalardan sonra qətl və yanğın törətmək, habelə terror təşkilatına üzv olmaqda günahkar bilinən dörd nəfərə çıxarılmış ölüm cəzasını müdafiə edib.
Daha iki uyğur Kaşqar və Hotanda ayrı-ayrı insidentlərdə roluna görə 19 il həbs cəzası alıb.
Beynəlxalq insan hüquqları qarupları dörd nəfərin ifadə vermək üçün işgəncəyə məruz qaldığını iddia edir.
Çin hökumətinin sözçüsü Tsianq Yu bu iddiaları təkzib edərək, şübhəlilərin məhkəməsinin ədalətli keçdiyini və onların layiq olduqları cəzanı aldıqlarını bildirib. O, Çinin separatçılar və terrorçuları dəf etmək üçün qanundan istifadə etməyə davam edəcəyini deyib. Çin rəsmisinin bildirdiyinə görə, ölkənin milli təhlükəsizliyi, inkişafı və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün çinlilərin birliyi naminə qanun tətbiq edilib.
Rəsmi Pekin bildirir ki, haidəsləri Şərqi Türküstan müstəqil müsəlman dövləti yaratmağa çalışan ekstremistlər tərəfindən təşkil edilmişdir. Çin rəsmiləri son aylar Sincanda baş vermiş bir neçə zorakı hücuma görə ekstremistləri günahlandırıb. İyul ayının ortalarında Hotanda polis idarəsinə hücum nəticəsində 15 nəfər həlak olmuşdu. Kaşqarda partlayış və yük maşınının pidayaları vurması 15 adamın ölümünə səbəb olmuşdu. İki uyğur Çin polisi tərəfindən vurulub öldürülmüşdü. Bu insidentlər 2009-cu ildə regionun paytaxtı Urumçidə iğtişaşlardan sonra ən ciddi zorakı hadisəsi hesab edilir. O zaman Han çinləri və uyğurlar arasında toqquşmada təxminən 200 adam həlak olmuşdu. Onların çoxu han çinlər idi.
Uyğurların mühacirətdə sürgündə olan qrupları bildirir ki, uyğurlar regionda məskunlaşan çinlilərin sayının artması nəticəsində iqtisadi və mədəni cəhətdən repressiyaya məruz qalırlar. Çin isə uyğur ekstremistlərin Əl-Qaidə və başqa yaraqlı qruplarla əlbir olduğunu iddia edir. Pekin təbii ehtiyatlarla zəngin regionda nəzarətini gücləndirmək üçün təhlükəsiliyi artırıb. Çin hökuməti Pakistan, Malaziya və Kamboca daxil olmaqla, Asiya ölkələrindən uyğurların ekstradisiyasına nail olmağa çalışır. Rəsmi Pekin onların çoxunun insan alveri ilə əlaqədar axtarışda olduğunu bildirir.
Lakin beynəlxaql hüquq müdafiə qrupları bu iddianın bir bəhanı olduğunu bildirir. BMT-nin Asiyada İnsan Hüquqları Şurası məsələ ilə bağlı şərh verməkdən imtina edib.