ABŞ-da qərargahlanan Human Rights Watch təşkilatı Çindən avqust ayında Malayziya, Tailand və Pakistandan deportasiya edilmiş 17 uyğurun taleyi haqda soruşub.
İnsan haqları qrupu bildirib ki, Çin etnik uyğurların qaçdıqları ölkələrin hökumətlərinə qarşı təzyiqlərə son qoymalıdır.
HRW rəsmisi deyib ki, Çin fərdlərin siyasi sığınacaq hüququna hörmət etməlidir.
Təşkilatın direktoru Bill Felik deyir ki, Çin beynəlxalq qurumları dərhal qaytarılmış uyğurlara çıxışla təmin etməlidir.
Çin hökuməti uyğur qrupları Sincan vilayətində törədilən zorakılıqlarda təqsirləndirir.