Çin rəsmiləri bildirir ki, üç vilayətin sel sularına qərq olması nəticəsində azı 57 adam ölmüş, 27 nəfər itkin düşmüşdür.
Rəsmilər 1.2 milyon adamın evlərindən evakuasiya edildiyini bildiriblər. Henan, Şaanşi və Siçuan vilayətlərində iqtisadi itkilər 2.7 milyard dollar təşkil edir.
Adətən quraqlıq zona olan Şaanşidə sel suları inzibati mərkəz Şianda palçıq sürüşmələrinə səbəb olub. Burada 17 zavod fəhləsi həlak olub.
Leysan yağışları Üç Vadi Bəndində suyun səviyyəsini normadan 16 metr yüksəkliyə qaldırıb. Bu suyun bir hissəsi aşağıya doğru axınla hərəkət edib.