Accessibility links

Böyük Britaniya ATƏT-in DTİHB-nin hesabatını dəstəkləyir


Seçki qutusu
Seçki qutusu

DTİHB-i Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara cavab vermədiyini, kütləvi qanun pozuntularının qeydə alındığını bildirib

Britaniyanın Avropa və Birlik işləri üzrə naziri Devid Lidinqton ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Azərbaycanda prezident seçkilərinə verdiyi tənqidi qiymətə tam dəstək ifadə edib.

Nazirliyin saytında yer alan bəyanatda deyilir ki, ATƏT DTİHB-nin seçkilərlə bağlı ilkin qiymətləndirməsində müsbət məqamlarla yanaşı, ciddi problemlər də var.

“Bu problemlərə fikri ifadə etmək, toplaşmaq və birləşmək azadlıqlarının məhdudlaşdırılması; kampaniya zamanı namizədlərin və jurnalistlərin qorxudulması haqqında məlumatlar və bilavasitə seçkilər günü böyük nöqsanlar aiddir.

Məruzənin müsbət məqamlarını və səsvermənin dinc gedişini alqışlayaraq, DTİHB-nin ümumilikdə seçkilərin Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərinə tam sadiqliyini təsdiq etməməsi ilə bağlı narahatlığına şərikəm.

Missiyanın yekun məruzəsini səbrsizliklə gözləyirəm və Azərbaycan hökumətini ATƏT DTİHB-nin tövsiyələrinin yerinə yetirilməsində bu qurumla əməkdaşlıq etməyə çağırıram”, deyə nazirin bəyanatında bildirilir.

Qeyd edək ki, dünən ABŞ da ATƏT-in seçkilərin demokratiya normalarına uyğun olmaması haqqında qiymətləndirməsinə tam dəstək ifadə edib ki, bu da Azərbaycan hakimiyyətinin qəzəbinə səbəb olub.
XS
SM
MD
LG