İranda 4 azərbaycanlı fəal barəsində hökm oxunub.
APA agentliyinin məlumatına görə, Səhənd Məali, Əli Səmədpur, Seyid Camal Musəvinejad və Həmid Tohidi ümumilikdə 6 il azadlıqdan məhrum ediliblər.
Sarab (Sərab) İnqilab Məhkəməsində hakim Rəhim Xatirinin sədirliyi ilə keçirilən məhkəmə prosesində Səhənd Məali və Həmid Tohidi hər biri 2 il, Seyid Camal Musəvinejad və Əli Səmədpur isə hər biri 1 il həbs cəzasına məhkum edilib. Bu hökm azərbaycanlı fəallara hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə verilib.
Bundan başqa, S.Məali və H.Tohidinin hər birinə 1 il də həbs cəzası kəsilib. Ancaq bu hökmün hansı ittiham əsasında verildiyi məlum deyil. Məhkəmə Ə.Səmədpur, C.Musəvinejad və S.Məaliyə bəzi ittihamlardan bəraət verib.
Qeyd edək ki, azərbaycanlı fəallar 2012-ci il mayın 24-də Sarab şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər. S.Məali, C.Musəvinejad 2 ay saxlanıldıqdan sonra 60 milyon, Ə.Səmədpur və H.Tohidi isə 5 aylıq həbsdən sonra 150 və 200 milyon tümən zəmanətlə azadlığa buraxılıblar. Ə.Səmədpur ürəkgetmə xəstəliyindən əziyyət çəkir, azərbaycanlı fəal ETTELAAT-ın təcridxanasında saxlanıldığı zaman ağır işgəncələrə məruz qaldığından iki dəfə huşunu tamamilə itirib və nəticədə İmam Rza xəstəxanasına aparılıb.
Ə.Səmədpur həmçinin Sarab həbsxanasında saxlanıldığı zaman da zindanın məsul əməkdaşları tərəfindən döyülərək huşunu itirdiyindən, İmam Xomeyni xəstəxanasına aparılıb. Bundan əlavə, Sarab şəhərinin Su İdarəsində işləyən H.Tohidi həbs olunduqdan sonra işdən çıxarılıb.