“2010-cu ilin iyun ayından bəri Təbrizdə həbsdə olan 22 yaşlı milli fəal Fərdin Muradpur məhkum olduğu 6 illik həbs müddətinin yarısını tamamladıqdan sonra şərti olaraq azadlığa buraxılıb,”-deyə Azərbaycan veb səhifələri bildirib.
Yayılan məlumata görə gənc fəal iyunun 1-dən başlatdığı aclıq aksiyasını şərti azadlıq hökmü təsdiq edildikdən sonra iyunun 18-də dayandırıb. Milli fəal həbsdə olduğu müddətin 10 ayının məsullar tərəfindən hesab edilmədiyinə etiraz olaraq aclıq etdiyini bildirmişdi.
“Fərdin Muradpur ona tətbiq edilən qanunsuz qərara qarşı göstərdiyi müqavimət nəticəsində azadlığını əldə edib,”-deyə Günaz TV veb səhifəsi qeyd edib.
Təbrizli fəal 2009-cu il mayın 22-də üç il ondan əvvəl İranın Azərbaycan şəhərlərində baş verən kütləvi etirazların ildönümündə keçirilən aksiyalar zamanı Təbrizin El-Gölü parkında polis məmurlarının açdığı atəş nəticəsində iki güllə yarası alıb və saxlanılıb. O, daha sonra məhkəmə tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat” aparmaq, “ictimai asayişi pozmaq” və “partlayıcı maddələr daşımaq”da günahkar bilinərək 6 il müddətinə azadlıqdan məhrim edilmişdi.
İnsan Haqları qruplarının yaydığı məlumata görə İran təhlükəsizlik məmurlarının partlayıcı maddə olaraq adlandırdıqları materiallar əslində adətən bayram günlərində istifadə edilən fişənglər olub.
“Milli fəal sorğu-suala çəkildiyi zaman Ettelaat əməkdaşları tərəfindən ağır işkəncələrə məruz qalaraq etiraf verməyə məcbur edilib. Təhlükəsizlik qurumu həmçinin ona təzyiq etmək məqsədi ilə bütün ailə üzvlərini də nəzarət altına almışdı,”-deyə, İranda Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Birliyi (ADAPP) daha əvvəl cənab Muradpurla bağlı yaydığı bəyanatda qeyd edib.