Accessibility links

İranda “facebook” fəalına 11 il iş verilib


Facebook
Facebook

Məhəmməd Nəsiri sosial şəbəkədə “İmam Nəqini şiələrə xatırlatma kampaniyası” adlı səhifə yaratdığına görə günahlandırılıb


İranda “facebook” fəalı 11 il azadlıqdan məhrum edilib.

APA agentliyinin məlumatına görə, Məhəmməd Nəsiri sosial şəbəkədə “İmam Nəqini şiələrə xatırlatma kampaniyası” adlı səhifə yaratdığına görə müqəddəsləri təhqir etmək, yer üzərində fəsad törətmək və milli təhlükəsizliyə xələl vuran qruplar açmaqda günahlandırılıb. Hazırda Tehranın Evin həbsxanasında saxlanılan “facebook” fəalı həbs cəzasını liman şəhəri olan Qonave zindanında çəkməlidir.

Qeyd edək ki, M.Nəsiri 2012-ci il mayın 23-də evində həbs edilib. Ona televiziyada “etiraflar”la çıxış edəcəyi təqdirdə, azadlığa buraxılacağı bildirilib.
XS
SM
MD
LG