Accessibility links

Məhəmməd Əhədi güneyli məhbusların durumunu şərh edir [Audio]



İranda azərbaycanlı məhbuslarla bağlı xəbərlər yayan Oyan News veb səhifəsinin əməkdaşı, milli fəal Məhəmməd Əhədi Amerikanın Səsi ilə müsahibədə Təbrizin Ettelaat həbsxanası və Təbriz zindanında saxlanılan milli fəallar İlqar Müəzzinzadə, Oxtay (Məhəmməd) Rəşidi və Fərdin Muradpurun ittihamları və son durumu ilə bağlı məlumat verib.


Məhəmməd Əhədi ilə müsahibə
please wait

No media source currently available

0:00 0:12:04 0:00
Direct link


“Ötən il aprel ayının 30-da Təbrizdəki evində qonaq etdiyi AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və bir neçə başqa azərbaycanlı ilə birlikdə İranın təhlükəsizlik məmurları tərəfindən həbs edilən milli-mədəni fəal Oxtay Rəşidi Ettelaat həbsxanasında 43 gün sorğu-suala çəkildikdən sonra iyunun 12-də Təbriz zindanına göndərilib,”-deyə Oyan News saytı bildirib.

Məhəmməd Əhədinin sözlərinə görə Oxtay Rəşidi “İran İslam Respublikasına qarşı təbliğat” aparmaq və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamları ilə günahlandırılıb.


Oyan News-un redaksiya heyətinin üzvü mayın 8-də tutulan xivalı yazar və şair İlqar Müəzzinzadənin nə kimi ittihamlarla günahlandırıldığı bəlli olmadan hələ də Təbrizin Ettelaat həbsxanasında saxlandığını qeyd edib. O həmçinin yazarın vəkillə təmin olunmadığını vurğulayıb.

Oyan News və digər İran Azərbaycanı veb səhifələri İlqar Müəzzinzadənin tutulmasının xanım Xalidin Təbriz səfəri ilə bağlı olduğunu yazıblar.

Məhəmməd Əhədi üç ildən artıqdır Təbriz zindanında altı illik həbs müddətini çəkən gənc fəal Fərdin Muradpurun aclıq aksiyası ilə bağlı xəbərləri təsdiqləyib. O, Fərdin Muradpurdan əlavə onun ailə üzvlərinin də əvvəllər təhlükəsizlik qurumları tərəfindən həbs və başqa təzyiqlərə məruz qaldığını şərh edib. Cənab Əhədi Fərdin Muradpurun ciddi sağlıq problemləri ilə qarşılaşdığı da əlavə edib.
XS
SM
MD
LG