Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

“Biz bu gün (sentyabrın 23-də) Nyu Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyik”. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.

Söhbət nazirlərin ATƏT-in Minsk Qrupunun hər üç həmsədri ilə görüşündən gedir.

Xatırladaq ki, Azərbaycan xarici işlə naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan BMT Baş Assambleyasının 69-cu iclasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədirlər.

Nazirlər iki ölkə prezidentinin oktyabrda gözlənilən görüşü ilə bağlı məsələləri müzakirə edəcək.

XS
SM
MD
LG