Accessibility links

Apelyasiya Məhkəməsi müxalifətçi gənclərin şikayətini təmin etməyib


Apelyasiya Məhkəməsi müxalifətçi gənclərin şikayətini təmin etməyib
Apelyasiya Məhkəməsi müxalifətçi gənclərin şikayətini təmin etməyib

2 aprel mitinqi ilə əlaqədar həbs edilmiş 4 müxalifət fəalının apelyasiya şikayətinə baxılması yekunlaşıb.

Bakı Apelyasiya Məhkəməsində Abid Abdinbəyovun sədrliyi ilə 2 aprel mitinqi ilə əlaqədar həbs edilmiş 4 müxalifət fəalının apelyasiya şikayətinə baxılması yekunlaşıb.
Məhkəmə onların azad edilməsi haqqında şikayəti təmin etməkdən imtina edib.
Turan Agentliyinin məlumatına görə, oktyabrın 10-da Nəsimi rayon məhkəməsi Müsavat partiyası gənclər təşkilatının sədr müavini Əhəd Məmmədli və bitərəf Ülvi Quliyevi Cinayət Məcəlləsinin 233 (ictimai asayişin pozulması) və 315.1 (polisə müqavimət göstərilməsi) maddələri üzrə təqsirli bilərək hər birini 3 il müddətinə azadlıqdan məhrum edib. AXCP üzvü Elnur Məcidli və Müsavat Partiyasının fəalı Rüfət Hacıbəyli 233-cü maddə ilə təqsirli bilinərək, müvafiq olaraq iki il və bir il yarım müddətinə azadlıqdan məhrum edilib.
Bugünki iclasda vəkillər müdafiə etdikləri şəxslərə bəraət verilməsini və təkrar araşdırma aparılmasını tələb edib. Müttəhimlərin özləri də təqsirsiz olduqlarını bildirib.
Ülvi Quliyev deyib ki, fəallar yalnız korrupsiya və rüşvətxorluğa qarşı etiraz əlaməti olaraq dinc aksiya keçirdiklərinə görə həbs olunub. Əhəd Məmmədli bildirib ki, fəallar ərəb ölkələrində diktator rejimlərinə qarşı hərəkatların nümunəsi ilə demokratik dəyişikliklər uğrunda dinc mübarizə aparır. Elnur Məcidli hakimləri ədaləti qərar qəbul etməyə çağırıb. Təqsirləndirilənlərin çıxışlarını alqışlarla qarşılanıb.
Qısa müşavirədən sonra hakim Nəsimi rayon məhkəməsinin hökmünün qüvvədə saxlanması barədə qərarı elan edib.
Müttəhimlər məhkəmənin qərarını “Hakim, sən köləsən, sən qulsan!” şüarları ilə qarşılayıblar.
Vəkil Yalçın İmanov məhkəmənin qərarını gözlənilən adlandırıb. “Məhkəmə prosesi Azərbaycan məhkəmələrinin vəziyyətini bir daha göstərib”, - deyə İmanov bildirib.

XS
SM
MD
LG