Bakı Apelyasiya Məhkəməsi 2 aprel məhbuslarından Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və təşkilatın şöbə müdiri Məhəmməd Məcidlinin şikayətini təmin etməyib.
Xatırladaq ki, bu il oktyabrın 3-də Səbael rayon məhkəməsi Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib, Fuad Qəhrəmanlıya 2 il şərti cəza verib.
Müxalifət fəalları İctimai Palatanın bu il aprelin 2-də keçirdiyi etiraz aksiyasından sonra həbs edilib. Beynəlxalq təşkilatlar müxalifət fəallarını vicdan məhbusu kimi tanıyıb və Azərbaycan hakimiyyətindən onların azadlığını tələb edir.