Accessibility links

Müxalifətçilərin məhkəməsində insident baş verib


Müxalifətçilərin məhkəməsində insident baş verib
Müxalifətçilərin məhkəməsində insident baş verib

İş üzrə Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı keçir.

Bu gün Bakı Apelyasiya Məhkəməsində dörd müxalifət fəalının işi üzrə məhkəmə iclasında insident baş verib. Bu səbəbdən proses yarımçıq qalıb. Xatırladaq ki, iş üzrə Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı keçir.
Vəkil Əsabəli Mustafayev bildirib ki, davanı zalda oturan mülki geyimli şəxslər törədib. Belə ki, hakim prosesdə ancaq fotoçəkiliş aparmağa icazə verib. Guya asayişi qorumaq məqsədilə mülki geyimli şəxslər çəkiliş aparmağa mane olub. Bu zaman təqsirləndirilən şəxslərlə mülki geyimli şəxslər arasında mübahisə düşüb. Hakim Aqif Mursaqulov zalı tərk edib. Geri qayıtdıqdan sonra isə prosesin dekabrın 16-dək təxirə salındığını elan edib. Vəkil bunu qanunsuz hesab edir. Onun sözlərinə görə, zalda mülki geyimli şəxslərin və polislərin oturması qadağandır. Proses zamanı vəkil onlardan vəsiqələrinin təqdim olunmasını istədikdə mülki geyimlilər nəzarətçi olduqlarını deyərək, vəsiqələrini təqdim etməyib.

Oktyabrın 3-də Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılı, partiyanın gənclər təşkilatının rəhbəri Tural Abbaslı, Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli 2,5 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı şərti olaraq 2 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG