Accessibility links

Azərbaycanda toplaşmaq azadlığı diqqət mərkəzindədir


Azərbaycanda toplaşmaq azadlığı diqqət mərkəzindədir
Azərbaycanda toplaşmaq azadlığı diqqət mərkəzindədir

Beynəlxalqü konfransda deyilib ki, Azərbaycanda toplaşma azadlığı da daxil olmaqla, demokratik azadlıqlarla bağlı vəziyyət daha da pisləşir.

Azərbaycanda toplaşma azadlığı da daxil olmaqla, demokratik azadlıqlarla bağlı vəziyyət daha da pisləşir və beynəlxalq təşkilatların seyrçi mövqeyi də buna təsir göstərir. “Vətəndaş fəallığı, siyasi plüralizm və Avrointeqrasiya kontekstində toplaşma azadlığının rolu” mövzusunda konfransın leytmotivi belə olub. Forum Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi (rəhbəri Leyla Əliyeva), Vətəndaş İştirakı Beynəlxalq Alyansı (CIVIKUS) tərəfindən təşkil olunub.

Xanım Əliyeva Amerikanın Səsi radiosuna müsahibəsində insan haqlarının pisləşdiyini deyib. “Əsasən dinc aksiya zamanı iştirakçılar həbs olunur, vəkillərə təzyiqlər edilir, hüquq müdafiəçiləri də daxil olmaqla, vətəndaşların mülkiyyət hüquqları pozulur”.

Onun sözlərinə görə, hökumət vətəndaş cəmiyyətləti və müxalif siyasi partiyalarla dialoq təkliflərinə həmiyyət vermir. “Bizim təıdbirdə iştirak üçün 15 hökumət qurumuna, o cümlədən Prezident Administrasiyasına dəvət göndərmişik. Amma, foruma bir nəfər belə hökumət təmsilçisi qatılmayıb. Azərbaycanda hökumət üçün dialoqun əhənmiyyəti çox azdır. Çünki hökumət başqa ölkələrdəki kimi xalqdan yığılan vergilərdən asılı deyil. Onlar pulu neft satışından qazanır”, - deyə politoloq qeyd edib.

Turan Agentliyinin məlumatına görə, Avropa Şurasının Bakıdakı nümayəndəliyinin rəhbəri Konstantin Yerokostopoulos qeyd edib ki, xəbərdarlıq sisteminə baxmayaraq, Azərbaycanda mitinqlərin və digər aksiyaların təşkilatçıları problemlərlə üzləşir, saxlanma, həbs olunma, cərimələnmə riskinə məruz qalır. Onun sözlərinə görə, aprel-may aylarında Bakıda keçirilən aksiyalar göstərdi ki, Azərbaycan 10 il əvvəl toplaşma azadlığı ilə bağlı AŞ qarşısında götürdüyü öhdəliklərə tam əməl etmir.

ATƏT-in Bakı ofisi rəhbərinin müavini Con MakQreqor toplaşma azadlığı sahəsində beynəlxalq standartlardan danışıb. “Bu standartlar hər kəsə dinc toplantılarda iştirak hüququ verir. Toplaşma azadlığının məhdudlaşdırılması proporsional olmalıdır və dinc aksiyaların keçirilməsi üçün fundamental hüququ pozmamalıdır”.

MakQreqor qeyd edib ki, məhdudiyyət əsaslandırılmalı və vaxtından əvvəl təşkilatçılara təqdim olunmalıdır ki, onların bu qərardan məhkəməyə şikayət etmək imkanları olsun. Bundan əlavə, dövlət aksiya iştirakçılarının təhlükəsizliyini təmin etməlidir.
Ukrayna Vətəndaş Azadlıqları Mərkəzinin təmsilçisi Aleksandra Delemençuk “Şərq tərəfdaşlığı” ölkələri də daxil olmaqla, 6 postsovet məkanında toplaşma azadlığının reallaşması təcrübəsindən danışıb. O, vəziyyəti “bir addım irəli, iki addım geri” kimi xarakterizə edib. Belə ki, sözügedən ölkələr yeni beynəlxalq təşəbbüslərə qoşulur, lakin eyni zamanda öz qanunvericiliklərini sərtləşdirir. O, toplaşma azadlığına məhdudiyyətin qarşısının alınması imkanlarından danışıb.

Xanım Delemençukun fikrincə, aksiyaları müxtəlif maraqları təmsil edən vətəndaş cəmiyyəti sektorlarının nümayəndələri ilə birgə keçirmək lazımdır. Bundan əlavə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinə kimi kütləvi məhkəmə çəkişmələrinə təşəbbüs göstərilməsi təklif olunur.
O həmçinin Belarus və Ermənistanın vətəndaş cəmiyyətinin müsbət təcrübəsindən danışıb. Onlarda “Sabitlik Fondları” yaradılıb. Bu fondları Avropa Komissiyası və NED (Amerika Demokratiya Fondu) maliyyələşdirir və mitinqlərdə həbs edilənlərin ailələrinə kömək, ziyan çəkənlərə tibbi yardım və s. üçün istifadə edilir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər beynəlxalq təşkilatların hazırda 20 siyasi məhbusu olan Azərbaycana belə kömək etməsi zərurətini qeyd edib. O, Avropa İttifaqı, ATƏT və başqa strukturların “demokratik maarifləndirmə” üzrə az səmərəli layihələri maliyyələşdirməsini qınayıb.
Hüquqşünas Ənnağı Hacıbəyli maraqlanıb ki, ATƏT, Avropa Şurası və Avropa İttifaqı rəsmi Bakıya təsir üçün hansı real addımlar ata bilər? Cavabında ATƏT və Avropa Şurasının təmsilçiləri təəssüflə qeyd ediblər ki, onlar yalnız problemləri aşkarlayıb onları həll etməyə hakimiyyəti inandıra bilərlər.
Avropa Şurasının təmsilçisi belə təsirin çətinliyini qeyd edib, çünki bir-birini dəstəkləyən dövlətlər qrupu tərəfindən bu tip qərarların qarşısı alınır. Onun sözlərinə görə, belə qərarlar xüsusi ekstremal vəziyyətlərdə mümkündür.
AXCP sədri Əli Kərimli etiraz edərək bildirib ki, əgər Azərbaycanda Avropadakı iki diktaturadan biri fəaliyyətdədirsə (digər ölkə Belarusdur), bu ekstremal vəziyyət etiraf edilməlidir. “İş o həddə çatıb ki, iqtidar AŞ PA-nı siyasi məhbuslar üzrə məruzəçisi Kriştof Ştraserə viza vermir”, - deyə o qeyd edib.
Müzakirə iştirakçıları Ştraserin Azərbaycan hakimiyyətinin onu keçmiş AŞ PA və Bundestaq deputatı vasitəsilə ələ almaq cəhdləri ilə bağlı bəyanatına diqqət çəkiblər. Yerokostopoulos bu informasiyanı şərh etməyib və ümidini bildirib ki, Ştrasserə hər halda viza verərlər.
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev qanunvericiliyin özünə diqqət çəkib. O, təklif edib ki, beynəlxalq əhəmiyyətli dövlət tədbirləri zamanı mitinqlərin keçirilməsinə qadağa qoyulması barədə norma qanundan çıxarılsın. Çünki hazırda praktik olaraq hər gün Bakıda belə forumlar keçirilir.
O həmçinin beynəlxalq təşkilatları hakimiyyətlə razılaşmaya getməkdə ittiham edib. “ATƏT əməkdaşlarından biri bizə deyərdi “sevinin ki, sizdə Nigeriyada olduğu kimi deyil, orda ümumiyyətlə QHT yoxdu. O bizi qeyri-konstruktivlikdə günahlandırdı”.
Beynəlxalq təşkilatların məhz belə davranışı ona gətirib çıxarıb ki, hakimiyyət indi Bakıda xarici QHT-ləri də bağlayır.
Sumqayıt Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri Əsabəli Mustafayev mart və aprel aylarında mitinqlər zamanı fəalların həbsinin siyasi xarakterinə, onlara adekvat olmayan sərt hökmlərin çıxarılması və alternativ cəzaların tətbiq edilməməsinə diqqət yönəldib.

XS
SM
MD
LG