Accessibility links

Ərdəbildə "Yaylıq" nəşriyyatı təhlükəsizlik qüvvələrinin təzyiqi altındadır


Yaylıq nəşriyyatının çap etdiyi bəzi kitablar (Foto: Yaylıq nəşriyyatının İnstagram səhifəsi)
Yaylıq nəşriyyatının çap etdiyi bəzi kitablar (Foto: Yaylıq nəşriyyatının İnstagram səhifəsi)

Ərdəbildə fəaliyyət göstərən "Yaylıq" nəşriyyatı son 14 il ərzində Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və əlyazmaları ilə bağlı türkcə kitabların çapı və yayımı ilə məşğul olub. Lakin son zamanlar təhlükəsizlik qüvvələrinin təzyiqləri ilə üzləşib.

Nəşriyyatın rəhbəri Sədullah Dünyəvi bu barədə öz İnstagram səhifəsində məlumat yayıb. Demokratlar və Araz News mediaları da mövzu ilə bağlı xəbər dərc ediblər.

Məlumata görə, nəşriyyat təxminən bir ay əvvəl Ərdəbildə daimi ofis açıb. Lakin ofisin fəaliyyətə başlamasından bəri təhlükəsizlik qüvvələri bir neçə dəfə nəşriyyatı bağlamaq və rəhbərini həbs etməklə hədələyib.

Nəşriyyatın İnstagram səhifəsində bu barədə yazılıb: "Bəsdir artıq! 'Yaylıq' nəşriyyatı 2010-cu ildən fəaliyyət göstərir. Cəmi 27 gündür ki, daimi ofis açmışıq, amma hər bir neçə gündən bir xəbərdarlıq alırıq."

Ərdəbildə türkcə kitab çap edən və qiymətli əlyazmaları toplayıb nəşr edən azsaylı nəşriyyatlardan biri olan "Yaylıq" 14 dekabr 2010-cu ildə rəsmi olaraq təsis edilib. Ərdəbil vilayətinin Kəşfiyyat İdarəsi isə nəşriyyata siyasi həbs və məhkumluq keçmişi olan yazarların əsərlərini çap etməyi qadağan edib.

İran Azərbaycanında türkcə kitab nəşr edən nəşriyyatlar müxtəlif məhdudiyyətlərlə qarşılaşır və onların fəaliyyətinə maneələr yaradılır.

Forum

XS
SM
MD
LG