Accessibility links

Azər Qasımlının həyat yoldaşı istintaqa ifadə verib


Siyasi Menecment İnstitutunun həbsdə olan rəhbəri Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı yanvarın 17-də 1 saylı Bakı İstintaq Təcridxanasında Azər Qasımlı ilə görüşüb və Yasamal Rayon Polis İdarəsində ifadə verib.

“Azərin sağlamlığı yerindədir. Saxlanma şəraitindən şikayəti yoxdur. Dedi ki, həbsi gölzənilən idi. Bu hər an baş verə bilərdi. Bildirdi ki, həbsi tənqidi fikirlərini ifadə etməsinin qarşısını almaq üçü siyasi sifarişdir”, o Amerikanın Səsinə deyib.

Samirə Qasımlı həyat yoldaşı ilə bağlı hər hansı istintaq hərəkəti aparılmadını bildirib.

“Yeganə istintaq hərəkəti odur ki, yanavrın 17-də mən şahid qismində istintaqa ifadə verdim. İstintaq sirri olduğuna görə detallı məlumat verə bilmirəm. Mənim həyat yoldaşıma qarşı saxta cinayət işi açılıb. Həyat yoldaşımla bağlı olan suallara isə konstitusiya hüququmdan istifadə edərək cavab verməkdən imtina etdim”, o qeyd edib.

Azər Qasımlı ötən il dekabrın 8-də saxlanıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham olunur. Özü ittihamı rədd edir, siyasi fəaliyyətinə görə həbs edildiyini bildirir.

Forum

XS
SM
MD
LG