Yanvarın 15-də məhkəmə Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəzlənməsi barədə vəsatətə baxacaq. Bu barədə onun vəkili Aqil Layıc bildirib.
Azər Qasımlının ev dustaqlığı ilə bağlı məhkəmə prosesi Bakı şəhəri Yasaml Rayon məhkəməsində keçiriləcək.
Vəkillər və onun ailəsi hesab edir ki, Azər Qasımlının həbsdə qalmasının heç bir əsası yoxdur.
ə Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində ötən il dekabrın 8-də saxlanılıb.
“Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib”, vəkil Aqil Layıc Amerikanın Səsinə deyib.
Azər Qasımlı ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Bundan öncə, noyabrın 25-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində şahiq qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.
Qasımlı saxlanılan zaman rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə xeyli suallar verildiyini deyib.
Forum