Accessibility links

Məhkəmə Azər Qasımlını ev dustaqlığına buraxmayıb


 Azər Qasımlı
Azər Qasımlı

Yanvarın 15-də Bakının Yasamal Rayon Məhkəməsi hakim Rəşad Cavadzadənin sədrliyi ilə Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəzlənməsi barədə vəsatəti təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Aqil Layıc bildirib.

Azər Qasımlının özü məhkəmədə iştirak edib.

“O bildirdi ki, ittihamlar qondarmadır, onun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır”, vəkil qeyd edib.

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində ötən il dekabrın 8-də saxlanılıb.

“Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib”, vəkil Aqil Layıc Amerikanın Səsinə deyib.

Azər Qasımlı ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Bundan öncə, noyabrın 25-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində şahiq qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.

Qasımlı saxlanılan zaman rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə xeyli suallar verildiyini deyib.

Forum

XS
SM
MD
LG