Accessibility links

Azərbaycan və Ermənistan Gürcüstandan İranadək sərhədin delimitasiyasına başlamaq üzrə razılığa gəlib


Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi (Mənbə: Azərbaycan Nazirlər Kabineti)
Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi (Mənbə: Azərbaycan Nazirlər Kabineti)

Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

Bu barədə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 11-ci görüşünün nəticələrinə dair mətbuat açıqlamasında deyilir.

Açıqlamada qeyd edilir ki, görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

“Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər”, xəbərdə qeyd edilir.

2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının səkkizinci görüşündə tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.

Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər. Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

Ötən ilin mayında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadrat kilometr) Azərbaycana qaytarılması təmin edilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bildirib ki, mayın 24-dən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Ermənistanın dövlət sərhədinin Tavuş vilayətində Berkaber qəsəbəsi yaxınlığında 1,9 kilometr, Voskepar və Bağanis yaşayış məntəqələri yaxınlığında 4,9 kilometr uzunluğunda hissələrinin mühafizəsini rəsmən öz üzərinə götürüb.

Bildirilir ki, 2024-cü il iyulun 24-dək həmçinin Kirants kəndi ərazisində dövlət sərhədinin 5,8 kilometrlik hissəsinin mühafizəsinə keçid həyata keçirilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG