Accessibility links

ABŞ səfirliyi yerli medianın sualına cavabını dərc etmədiyini bildirir


ABŞ səfirliyi
ABŞ səfirliyi

ABŞ-ın Azərbaycandakı səfirliyi Report İnformasiya agentliyinin bu günlərdə dərc etdiyi məlumatını şərh edib.

ABŞ səfirliyinin şərhində deyilir ki, Report İnformasiya Agentliyi yanlış təəssürat yaradan “ABŞ-ın Azərbaycandakı səfirliyi “Report”un sorğusuna cavab verib” adlı məqaləsində, agentliyin sualına verdiyi cavabı daxil etməyib.

Səfirlik X platformasında bildirirb ki, vəziyyəti düzgün qiymətləndirmək istəyənlər üçün ABŞ səfirliyinin cavabının mətni aşağıdakı kimidir:

“ABŞ-ın Bakıdakı səfirliyi dəfələrlə Azərbaycanın mədəni irsinin bərpasına dəstək təklif edib. 2022-ci ildə Ağdamdakı Pənah Əli Xan Kompleksinin bərpası üçün Səfirlərin Mədəniyyəti Qoruma Fondundan $425,000 ABŞ dolları məbləğində qrant ayrılması təsdiqlənib.

Həmin il USAID tərəfindən Qırmızı Kənddəki evin bərpası üçün yardım göstərilməsi də təsdiqlənib. Biz həmçinin müasir infrastruktur sahəsində dəstək təklif etmişik. Son dörd il ərzində ABŞ Müdafiə Departamenti, Çələbilər, Dəymədağıldı və Qosmalıyanda üç məktəbin tikintisi və təmiri üçün 3 milyon dollar ayırmağı nəzərdə tutub. Lakin Azərbaycan hökuməti nəticədə bu layihələrin heç birinin həyata keçirilməsinə imkan verməyib. Əgər Azərbaycan hökuməti maraqlı olarsa, biz oxşar layihələrin həyata keçirilməsini nəzərdən keçirə bilərik”, səfirliyin X sosial şəbəkəsindəki hesabında dərc olunmuş məlumatda deyilir.

Report informasiya agentliyi bildirib ki, bu agentlik ABŞ-nin Azərbaycandakı səfirliyinin Ermənistandan qovulan azərbaycanlıların irsinin qorunması ilə bağlı hansı addımların atıldığını, layihələrin həyata keçirildiyi barədə məlumat almaq üçün müraciət edib.

Agentlik bildirib ki, səfirliyin cavabında Azərbaycanın azad olunan ərazilərdə ABŞ-nin görmək istədiyi işlər barədə danışılıb və Report agentliyniin sorğusuna mahiyyəti üzrə cavab verməyib.

Forum

XS
SM
MD
LG