Accessibility links

“Meydan TV” jurnalistləri ilə saxlanılan fəal BŞBPİ-də işgəncəyə məruz qaldığını deyir


Fəal Kamran Məmmədli saxlanılarkən zorakılığa məruz qaldığını deyir
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Dekabrın 7-də Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) sərbəst buraxılan heyvan haqları fəalı Kamran Məmmədli idarədə işgəncəyə məruz qaldığını deyir. Onun sözlərinə görə, o, “Meydan Tv” əməkdaşı Aytac Tapdıqla (Əhmədova) birgə saxlanılıb.

“Aytacla bir evdə idim, qapı döyüldü və bir nəfər dedi ki, evinə su damır, biz də inanıb açdıq. Evə polislər girdi və birinci mənim boğazıma zərbə vurdular, həmçinin Aytacın əlini sıxdılar. 9 polis əməkdaşı, 2 nəfər isə hal şahidi kimi iştirak edirdi, evin çölündə isə 20 polis əməkdaşı var idi. Evdə axtarış aparıldı və heç nə tapılmadı. Aytacın kompüterini, fotoaparatını və media fəaliyyəti üçün istifadə etdiyi texnikanı götürdülər, mənim isə telefonumu götürdülər”, deyə, fəal qeyd edib.

Kamran Məmmədli bildirib ki, axtarış 3 saat çəkib, daha sonra onlar Bakı Şəhər Baş Polis İdarəsinə aparılıblar:

“Bir müddət sonra bizi ayırdılar və Aytacı müstəntiqin otağına dindirmək üçün apardılar. Məndən telefonumun şifrəsini istədilər, mən onlara şifrəmi ancaq məhkəmə qərarı ilə verə biləcəyimi dedim. 4 nəfər məni yerə yıxaraq yumruqlamağa başladılar və mənə elektroşok tətbiq etdilər. Mən də əhəmiyyətinin olmadığını düşünüb telefonumun şifrəsini onlara verdim. BŞBPİ-də 25 saat saxlanıldım, daha sonra sərbəst buraxıldım”.

Dekabrın 2-də ölkədən çıxış qadağasının olduğunu öyrənən fəal, hansı səbəbdən saxlanıldığını bilmədiyini deyir.

“Səbəbi bilmirəm, amma “Meydan Tv” ilə hər hansı bir əməkdaşlığım olmayıb. Ölkədən çıxış qadağamın hansı səbəbdən olduğunu bilmirəm. Orada hiss etdim ki, mənimlə bağlı başqa cinayət işinə hazırlıq var. Lakin həmin gün ancaq Aytacla bağlı suallar verirdilər”, deyə, fəal əlavə edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.

“Meydan Tv işi” ilə bağlı nə baş verib?

Dekabrın 6-da müstəqil jurnalist Ramin Deko (Cəbrayılzadə) və “Meydan Tv"nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), digər əməkdaşları Xəyalə Ağayeva, Aytac Tapdıq (Əhmədova) və Natiq Cavadlıya "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılıb. Jurnalist Aysel Umudovanın isə şübhəli şəxs qismində saxlanıldığı bildirilir.

Vəkillərin məlumatına görə, jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Forum

XS
SM
MD
LG