Accessibility links

Məhkəmə milli fəal Vədud Əsədini 4 il azadlıqdan məhrum edib


Vədud Əsədi
Vədud Əsədi

Tehran İnqilab Məhkəməsi Rəştdə yaşayan milli fəal Vədud Əsədini dörd il həbs cəzasına məhkum edib.

HRA-nın məlumatına görə, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbülqasım Salavati, Vədud Əsədini “milli təhlükəsizliyə qarşı toplaşmaq və və əlbir olmaq” ittihamı ilə dörd il həbs cəzasına məhkum edib. Bu hökm, ölkənin müxtəlif bölgələrində, xüsusilə də İran Azərbaycanında çoxsaylı türk milli fəalın həbsindən sonra çıxarılıb. Ümumilikdə indiyə qədər yayımlanan məlumata əsasən həmin məhkəmə, 12 milli fəal üçün 80 il həbs qərarı çıxarıb.

Əsədi, 6 fevral tarixində, İran və İran Azərbaycanının müxtəlif şəhərlərində həbslərin həyata keçirildiyi vaxtda Rəştdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Tehrandakı Evin həbsxanasının 209 saylı təcridxanasına köçürülmşüdü. İstintaq və dindirilmələr başa çatdıqdan sonra o, 9 mart tarixində 32 günlük həbsin ardından 800 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxıldı.

Vədud Əsədinin son müdafiə iclası 14 iyul tarixində Tehranda, hakim Salavatinin rəhbərliyi altında keçirilmişdi. Həmin iclasda Əsədiyə və digər milli fəallara, o cümlədən Salar Tahir Əfşara qarşı ağır ittihamların irəli sürülməsi onların etirazına səbəb olmuşdu.

Bundan başqa, Vədud Əsədi, Rəşt İnqilab Məhkəməsi tərəfindən başqa bir iş üzrə “İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə 1 il, “dövlətə müxalif qruplarda üzv olmaq” ittihamı ilə üç il altı ay, və “Rəhbəri təhqir etmək” ittihamı ilə 1 il ümumilikdə is 5 il 6 ay həbs cəzasına məhkum edilmişdi. İranın cəza qanunlarına əsasən, həmin iş üzrə Əsədiyə qarşı ən ağır cəza olan 3 il 6 aylıq həbs hökmü icra ediləcək. Hazırda Vədud Əsədiyə qarşı iki fərqli iş üzrə ümumilikdə 7 il 6 ay həbs hökmü çıxarıldığı bildirilir.

İranın təhlükəsizlik və məhkəmə qurumlarının türk fəallara qarşı təzyiqləri və təqiblərinin kəskin şəkildə artdığı müşahidə olunur. Evin həbsxanasında saxlanılan fəallara vəkillə təmin edilməməsi, istintaq zamanı psixoloji və fiziki təzyiqlərə məruz qalmaları, konkret sübut olmadan ağır təhlükəsizlik ittihamlarının irəli sürülməsi və ümumilikdə 12 azərbaycanlı fəal üçün 80 il həbs cəzasının verilməsi, hakimiyyətin İran azərbaycanlılarına qarşı təzyiqlərinin artmasını göstərir.

Forum

XS
SM
MD
LG