Accessibility links

İranda siyasi fəallar Vədud Əsədi və Yaşar Nikru həbsə məhkum edilib


Yaşar Nikru və Vədud Əsədi (Mənbə: Instagram)
Yaşar Nikru və Vədud Əsədi (Mənbə: Instagram)

İranın Rəşt şəhərində İslami İnqilab Məhkəməsi türk fəallar Vədud Əsədi və Yaşar Nikru haqqında həbs cəzası çıxarıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə əsasən, “məhkəmə Vədud Əsədi vən Yaşar Nikrunu müvafiq olaraq beş il altı ay və bir il həbs cəzasına məhkum edib.”

Vədud Əsədinin “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti” göstərmək ittihamından bir il, “nizama müxalif qruplara üzv olmaq”-dan üç il altı ay və “İranın ali liderini təhqir etmək” ittihamından bir il həbsə, Yaşar Nikrunun isə “nizama qarşı təbliğat” ittihamından bir il həbs cəzasına məhkum olunduğu bildirilir.

İranın İslami Cəza Qanununun 134-cü maddəsinə uyğun olaraq, Vədud Əsədiyə qarşı çıxarılan ən ağır hökm, yəni üç il altı ay həbs cəzası icra edilə bilər.

Hər iki fəal bundan əvvəl də göstərdikləri siyasi və mədəni fəaliyyətlərindən dolayı İranın təhlükəsizlik və məhkəmə qurumlarının təqib və təzyiqlərinə məruz qalıblar.

HRA agentliyinin bildirdiyinə görə, Vədud Əsədi haqqında açılan başqa bir işə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi baxır.

Əsədi fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın türk fəallardan biri olub. Vədud Əsədi daxil olmaqla, o fəalların bir çoxu müvəqqəti azadlığa buraxılıb, ancaq bəzilərinin həbsi davam edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG