Accessibility links

Tehranda türk fəalların məhkəmə prosesi davam edir


Tehranda mühakimə olunan türk fəallar (Mənbə: Araz News Telegram kanalı)
Tehranda mühakimə olunan türk fəallar (Mənbə: Araz News Telegram kanalı)

Siyasi fəallar Səid Minayi, Murtəza Pərvin, Əbdüləziz Əzimi Qədim və Aydın Məhəmmədinin növbəti məhkəmə iclası bazar günü Tehran İnqilab Məhkəməsində keçirilib.

Bəzi digər fəallar, o cümlədən Ayaz Seyfxah və Hüseyn Pirinin isə sentyabrın 10-da yenidən hakim qarşısına çıxarılacağı bildirilir.

Bu barədə Araz News, Günaz TV və Ərk cəmiyyəti kimi mənbələr məlumat yayıb.

Sözgedən fəallar fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın türk fəallar arasında olublar. Səid Minayı hazırda müvəqqəti azadlıqdadır, ancaq digərlərinin həbsi məhkəmə hökmü olmadan davam edir.

Fəalların işinə Tehran İnqilab Məhkəməsi 15-ci şöbəsinin hakimi Əbülqasım Salavati baxır. Siyasi fəallar və jurnalistlərə qarşı ağır cəzalar çıxarması ilə tanınan hakim Salavati 2019-cu ilin dekabr ayında ABŞ-ın İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib.

“Nizama qarşı təbliğat” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq” kimi ittihamlarla üzləşən fəallar keçən aylarda bir neçə dəfə hakim qarşısına çıxarılıblar. Ancaq hazırda müvəqqəti azadlıqda olan Səid Minayinin bildirdiyinə görə, onlara məhkəmə iclaslarında özlərini şifahi olaraq müdafiəyə icazə verilməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG