ABŞ-da təhsil alan xarici tələbələrin sayı 1 milyonu keçib. Ən son rəqəmlərə görə, 900-dən çox azərbaycanlı tələbə hazırda ABŞ-də ali təhsilini davam etdirir. Amerikanın Səsinə danışan azərbaycanlı tələbələr tədris sistemi və yaşam haqda təəssüratlarını bölüşüblər.