ABŞ-ın paytaxtı Vaşinqtonun ən izdihamlı yerlərindən biri Adams Morqanda yaşayanlar “Şərbət” Azərbaycan kafesini yaxşı tanıyır. Azərbaycan mətbəxinin müxtəlif yeməkləri və şirniyyatlarını satışa çıxarıldığı “Şərbət” kafesini indi həm də Vaşinqtona gələ turistlər də ziyarət edir.
Paytaxt Vaşinqton oktyabrın 20-də ənənəvi Türk Festivalına ev sahibliyi etdi. Festivalda Türk dilli dövlətlərin mədəniyyəti həmçinin milli təamları nümayiş etdirildi.
ABŞ-da təhsil alan xarici tələbələrin sayı 1 milyonu keçib. Ən son rəqəmlərə görə, 900-dən çox azərbaycanlı tələbə hazırda ABŞ-də ali təhsilini davam etdirir. Amerikanın Səsinə danışan azərbaycanlı tələbələr tədris sistemi və yaşam haqda təəssüratlarını bölüşüblər.
Azərbaycan dünya liderlərinin Qlobal İqlim Dəyişikliyi ilə bağlı sayca 29-cu konfransına hazırlaşır. Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatası, ABŞ Ticarət Departamenti və Johns Hopkins Universitetinin Bloomberg Mərkəzinin təşəbbüsü ilə yaşıl maliyyə mövzüsuna həsr olunmuş sammit keçirilib.
270 ildən çox yaşı olan qədim yaşayış məskəni olan Aleksandriya Vaşinqtona yaxın yerləşdiyindən turistlər arasında məşhurdur və hər il təxminən 40 milyon ziyarətçi qəbul edir. Bir neçə gün öncə burada Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumat verən Azərbaycan evi açılıb.