Accessibility links

Fransada hücuma məruz qalan azərbaycanlı siyasi mühacirin səhhəti ağır qiymətləndirilir


Vidadi İsgəndərli
Vidadi İsgəndərli

Fransanın Myuluz şəhərində yaşayan azərbaycanlı siyasi mühacir Vidadi İsgəndərli sentyabrın 29-da naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər İgəndərliyə 24 bıçaq zərbəsi endirib. Hazırda onun durumunun kritik olduğu bildirilir.

Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli Amerikanın Səsinə bildirib ki, sentyabrın 30-da Vidadi İsgəndərlinin olduğu klinikanın baş həkimi ilə görüşüb.

“Fransada mühacir həyatı yaşayan qardaşım Vidadi İsgəndərli sentyabrın 29-da Paris vaxtı ilə saat 7.30-da naməlum şəxslərin hücumuna məruz qalıb. Yaşadığı evin pəncərəsindən 3 nəfər killer Vidadinin yataq otağına daxil olaraq ona çoxsaylı bışaq zərbəsi endirib. Dünən mənə tam təfsilatlı məlumat deyilmədi. Otuz saniyə Vidadi ilə söhbət etdim. Dedi ki, üç nəfər maskalı şəxs idi. Onlar danışmırdılar. Onu bıçaqla vurublar. Vidadi müqavimət göstərib və qaçıblar. Bu gün, sentyabrın 30-da hospitalın baş həkimi ilə görüşdüm. Baş həkim bildirdi ki, Vidadinin vəziyyəti olduqca ağırdır, çıxılmazdır. Səhərə yaxın vəziyyəti lap ağırlaşıb. Çox çətinliklə onu yenidən həyata qaytarıblar. Baş həkim dedi ki, qarın nahiyyəsinə 21 bıçaq zərbəsi vurulub, bir bıçaq zərbəsi qara ciyərinə, ondan güclü bir bıçaq zərbəsi ağ ciyərinə (ağ ciyəri böyük həcmdə zədələnib) dəyib. Nəfəs alma prosesi çətinləşib. Daha bir bıçaq zərbəsi isə arxadan baş nahiyəsinə vurulub. Dedi ki, qanaxmanı saxlaya bilmirlər. Nəfəsi kəsilir, gedir-gəlmir. İndi qonşu Kolmar şəhərindən neyroxirurq çağıracaqlar ki, baş nahiyyəsində cərrahi əməliyyat edib-edilməməsini müəyyən etsin. Onu nəzarətdə saxlayırlar. Çox ağır bir xəbər idi. Həkim dedi ki, onun ailəsini və uşaqlarını gətirin, ola bilər ki, bu onların son görüşü olsun. Mənim də telefon nömrəmi aldılar. Dedidlər hər şeyə hazır olaq. Soruşdum ki, onun yaşamaq şansı varmı? Həkimdən cavab almadım. Dedi ki, onlar əllərindən nə gəlir edirlər. Amma, biz hər şeyə hazır olmalıyıq. Vəziyyəti olduqca ağırdır. Yaşamaq şansı olduqca azdır“, Vidaqdi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli Amerikanın Səsinə deyib.

Oqtay İsgəndərli: Qardaşıma 24 bıçaq zərbəsi vurulub
please wait

No media source currently available

0:00 0:02:19 0:00
Direct link

Fransa polisi Vidadi İsgəndərlinin fiziki hücuma məruaz qalması ilə bağlı hələ açıqlama verməyib.

Xatırladaq ki, Vidaqdin İsgəndərli 2022-ci il iyunun 16-da da Fransada həmin şəhərdə fiziki hücuma məruz qalıb. O bildirib ki, qəfildən 10-12 nəfər silahlanmış insanlar onu öldürməyə cəhd edib. O zaman polis müəyyən etmişdi ki, bu, yerli kriminal qrupların işidir.

İsgəndərli hesab edir ki, sifariş Azərbaycan hakimiyyətindən gəlib.

Vidadi İsgəndərli sosial şəbəkələrdə hakimiyyətin ünvanına sərt və emosional tənqidləri ilə tanınır.

Vidadi İsgəndərli 2011-ci ildə Bakıda saxlanılıb. Məhkəmə onu döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə ittihamı üzrə təqsirli bilərək 3,5 il azadlıqdan məhrum edib. O, 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığıa buraxılıb.

Hüquq müdafiəçisi hökmü qəbul etməyib və siyasi sifariş hesab edib.

İsgəndərli 2015-ci ildə Fransaya mühacirət edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG