Accessibility links

Vidadi İsgəndərli 10 sutka həbs edilib


Vidadi
Vidadi

Hüquq müdafiəçisinin polisə irad tutması həbsinə səbəb olub

Aprelin 18-də Bakının Yasamal rayon məhkəməsi keçmiş “vicdan məhbusu” Vidadi İsgəndərlini polisə itaət etməmək ittihamı ilə 10 sutka müddətinə həbs edib.

Vəkil Anar Qasımlı Amerikanın Səsinə bildirib ki, İsgəndərli post-patrul xidmətinin işinə müdaxilədə, dövlət əleyhinə şüarlar səsləndirməkdə və vətəndaşları mitinqlərdə iştiraka çağırmaqda ittiham olunub.

İsgəndərli təqsirsiz olduğunu bildirib və apellyasiya şikayəti vermək niyyətindədir.
Hüquq müdafiəçisinin qardaşı Oqtay İsgəndərli deyib ki, həbsin səbəbi hüquq müdafiəçisinin polis əməkdaşlarına yol hərəkəti qaydalarını pozan vətəndaşları seçərək cərimələdiklərini irad tutması olub.

“Polis əməkdaşları cərimə ödəmək üçün pulu olmayan iki tələbə qızı cərimələdi. Eyni zamanda bir çox digər pozucular polisin “gözündən qaçırdı””, deyə O.İsgəndərli bildirib.
XS
SM
MD
LG