Accessibility links

Təbrizdə milli fəal İbrahim Asmaninin həbs edildiyi bildirilib


Milli fəal İbrahim Asmani (Foto: AZOH Telegram kanalı)
Milli fəal İbrahim Asmani (Foto: AZOH Telegram kanalı)

Təbrizdə yaşayan milli fəal İbrahim Asmani sentyabrın 24-də yazar və jurnalist Zöhrə Vəfayi-nin dəfn mərasimi zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bu barədə Araz News və Günaz TV kimi mənbələr məlumat yayıb.

Milli fəalın həbsinin səbəbləri və hazırda harada saxlanıldığı ilə bağlı hələ ki, heç bir məlumat yoxdur. Dövlət qurumlarına müraciət edən ailə üzvlərinə məlumat verilmədiyi üçün onun səhhəti barədə də narahatlıqlar artıb.

İbrahim Asmani daha əvvəl 2022-ci ilin iyulunda Urmiyə gölünün quruması və bunun bölgə sakinlərinin sağlamlığına təsirləri barədə dinc şəkildə maarifləndirmə fəaliyyəti göstərdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Asmani təxminən 10 gündən sonra 100 milyon tümən girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəsr buraxılmışdı. O, daha sonra Təbriz Cəza Məhkəməsi tərəfindən “ümumi intizam və asayişi pozmaq” ittihamı ilə 22 milyon tümən pul cəzasına məhkum edilmişdi. Məhkəmə bu cəriməni 5 il sınaq müddəti olmaqla şərti hesab etmişdi.

Forum

XS
SM
MD
LG