2022-ci ilin iyul ayında İran Azərbaycanında Urmiyə gölü üçün keçirilən etiraz kampaniyaları zamanı nəzarət altına alınmış Yunus Quluzadə və İbrahim Asmani məhkəməyə çağırılıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, "türk fəallardan sentyabrın 27-də Təbrizin ümumi və inqilab prokurorluğuna müraciət edərək özlərini 'vəzifə başındakı məmurlara qarşı üsyan və itaətsizlik' və 'ümumi intizam və asayişi pozmaq' ittihamlarına qarşı müdafiə etmələri tələb olunub."
2022-ci ilin iyul ayında İran Azərbaycanında Urmiyə gölü üçün keçirilən etiraz aksiyaları zamanı çox sayda vətəndaş nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Daha əvvəl yayılan xəbərlərə görə, Quluzadə və Asmani ilə eyni gündə saxlanılan bəzi digər vətəndaşların məhkəmə işinə şərti olaraq xitam verilib.
Abbas Lisani Telegram kanalının surətini nəşr etdiyi bir məhkəmə sənədində yazılanlara görə, Yunus Quluzadə və İbrahim Asmani tutulmalarına səbəb olan fəaliyyətlərini təkrar etməməyə dair yazılı təəhhüd verməkdən imtina ediblər.
"Polis hesabatı və müttəhimlərin necə nəzarət altına alınması ilə bağlı məmurların tənzimlədiyi protokola əsasən, eləcə də digər mövzular, o cümlədən sözügedən müttəhimlərin eyni qanunsuzluğu təkrar etməməyə dair yazılı təəhhüd imzalamaqdan imtina etmələri və məhkəmə işinə şərti olaraq xitam verilməsinə razı olmamalarını nəzərə alaraq, onlara qarşı irəli sürülən ittihamlar qətidir," Quluzadə və Asmanini təqsirkar hesab edən məhkəmə sənədində qeyd edilib.
2022-ci il iyul ayının 16-da İran Azərbaycanının müxtəlif şəhərlərində Urmiyə gölündə yaşanan ekoloji fəlakətlə əlaqədar etiraz kampaniyaları təşkil olunmuşdu. Həmin gün Urmiyədə küçə aksiyası baş tutmuşdu. Urmiyə, Təbriz, Ərdəbil, Sulduz və Qoşaçay kimi şəhərlərdə onlarla vətəndaş nəzarət altına alınmışdı.
Forum