Accessibility links

Milli mədəni fəal İbrahim Asmani həbsinə etiraz olaraq aclıq aksiyasına başlayacağını bildirib


İbrahim Asmani
İbrahim Asmani

Milli mədəni fəal İbrahim Asmani Təbriz həbsxanasından səs qeydi yayaraq, azad olunmayacağı təqdirdə aclıq aksiyasına başlamaq qərarını açıqlayıb.

İran Azərbaycanında milli fəalların sosial şəbəkələrdə səhifələrində və xəbər saytlarında İbrahim Asmaniyə (Azəroğlu) aid olduğu bildirilən səs yazısında onun aclıq aksiyası keçirmək niyyəti ilə bağlı mesajı paylaşılıb.

Bu səs yazısında İbrahim Asmani iyulun 16-da Təbriz bazarında günahsız yerə həbs edildiyini bildirib.

“Əgər fərz etsək ki, məmur savadsızdır, müstəntiq savadlı olmalıdır, və əgər müstəntiq də savadsızdırsa, niyə bu adamı bu vəzifəyə qoyublar,” İbrahim Asmani audio müraciətində deyib.

Asmani bir neçə gündür günahsız yerə həbsdə olduğunu və azadlığa buraxılmasa, bir gündən sonra aclıq aksiyasına başlayacağını deyib.

Milli mədəni fəalın mesajını ehtiva edən səs yazısı üç gün əvvəl, iyulun 21-də sosial şəbəkələrdə yayımlanıb. Təbriz həbsxanasından mesajın bir neçə gün əvvəl yayılmasına görə onun artıq aclıq aksiyası keçirməyə başladığı ehtimalı da istisna edilmir.

İbrahim Asmani iyulun 16-da Urmiyə gölü ilə bağlı etiraz aksiyası çağırışında qeyd olunan ünvanlardan biri olan Təbriz bazarında olduğu zaman həbs edilib. Həmin gün Təbrizin Rasta küçə istiqamətindən yayılan foto şəkillər və video görüntülərdə polis işçiləri, mülki geyimli təhlükəsizlik qüvvələri və xüsusi təyinatlı polis dəstələrinin sayının görünməmiş şəkildə artırıldığı müşahidə edilir.

XS
SM
MD
LG