Accessibility links

Abbas Araqçı İranın qonşuluq siyasətini davam etdirəcəyini bildirib


Abbas Araqçı Mənvə: (Sosial şəbəkə)
Abbas Araqçı Mənvə: (Sosial şəbəkə)

Prezident Məsud Pezeşkian tərəfindən İranın xarici işlər naziri vəzifəsinə təklif edilən Abbas Araqçı bu ölkənin parlamentində çıxışı zamanı deyib ki, o, sələfi Hüseyn Əmir-Abdollahyanın qonşuluq siyasətini davam etdirəcək.

Bu barədə Mehr agentliyi məlumat yayıb.

ABŞ-a gəlincə, təklif olunan nazir bildirib ki, Pezeşkian administrasiyası Vaşinqtona qarşı “düşmənçilik idarəsi”ni qəbul edəcək.

“Çin, Rusiya və sanksiyalar zamanı bizim (İranın) tərəfi tutan digər ölkələr və yeni yaranmaqda olan dövlətlər 14-cü hökumətin xarici əlaqələrinin prioritetidir”, o qeyd edib.

ABŞ-ın 2018-ci ilin mayında sazişin tərəfləri olan Avropa ölkələrinin biganəliyi fonunda çıxdığı İran nüvə sazişinin bərpası üzrə danışıqlara gəlincə Araqçı deyib ki, “İranın nüvə sazişinin bərpası üzrə birgə danışıqların canlandırılması ilə bağlı siyasəti hələ də davam edir".

Bu arada o bildirib ki, “ABŞ-ın İrana qarşı sanksiyalarının aradan qaldırılması 14-cü hökumət üçün əsas prioritetdir”.

O, həmçinin qeyd edib ki, “Bizim siyasətimiz İran və İslamı qürurlandırmaqdır”.

O, "İranınn müqavimət və Fələstinə dəstək yolunu davam etdirəcəyi"ni deyib.

Abbas Araqçı 1962-ci il dekabrın 5-də Tehranda anadan olub. 1989-cu ildə Xa­rici İşlər Nazirliyində işə başlayıb. 2013-cü ildən Araqçı xarici işlər na­zirinin müavini vəzifəsində çalışıb və altı beynəlxalq vasitəçinin (ABŞ, Böyük Bri­taniya, Fransa, Rusiya, Çin və Almaniya) nüvə proqramı üzrə danışıqlarında İran nümayəndə heyətinə başçılıq edib.

Forum

XS
SM
MD
LG