ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında ədalətli və davamlı sülhün əldə olunmasına fəal şəkildə kömək etməyə davam etdiyini vurğulayıb. Ceyms O’Brayn bu həftə ABŞ Senatının Senatın Xarici Əlaqələr Komitəsində keçirilən “Avropanın gələcəyi” mövzusunda dinləmələrdə ABŞ-ın Rusiya və Çini ötərək Azərbaycan və Ermənistan üzərindən ticarət marşrutları imkanlarını nəzərdən keçirdiyini bildirib. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın sabiq diplomatı Riçard Hoqland Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların Cənubi Qafqazda prioritetləri və regionun inkişafın ilə bağlı baxışı, Azərbaycan və Ermənistan arasında sülh perspektivləri və Vaşinqtonun bu prosesdə rolundan danışıb.
Riçard Hoqland: Yekun qərarlar Bakıdan və Yerevandan gəlməlidir
ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın sabiq diplomatı Riçard Hoqland Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların Cənubi Qafqazda prioritetləri və regionun inkişafın ilə bağlı baxışı, Azərbaycan və Ermənistan arasında sülh perspektivləri və Vaşinqtonun bu prosesdə rolundan danışıb.
Episodes
-
Dekabr 21, 2024
Miqrantlar Günü: Azərbaycanlı gənclərin xaricdəki həyatları
-
Dekabr 20, 2024
Bakıda kitab festivalı keçirilir