Accessibility links

Evin həbsxanasında aclıq edən Əbdüləziz Əziminin səhhəti ilə bağlı narahatlıqlar artır


Güneyli siyasi məhbus Əbdüləziz Əzimi Qədim
Güneyli siyasi məhbus Əbdüləziz Əzimi Qədim

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Əbdüləziz Əzimi Qədimin bir aya yaxın aclıq aksiyası onun xeyli arıqlamasına səbəb olub və ailəsi və yaxınlarının onun səhhəti ilə bağlı narahatlığını artırıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Əzimi Qədimin həyat yoldaşı bir müddət əvvəl fəalla görüşmək üçün Təbrizdən Tehrana gedib, lakin həbsxana rəhbərliyi ilk öncə bəhanə ilə onun görüşünə mane olub. Yoldaşının etirazından sonra həbsxana rəhbərliyi nəhayət ki, Əbdüləziz Əzimi ilə görüşə icazə verib.

Evin həbsxanasında saxlanılan bu fəalın yaxınlarından alınan məlumata görə, o, bir aylıq aclıq aksiyasından sonra xeyli arıqlayaraq təxminən 15 kilo çəki itirib. Bu da azərbaycanlı fəalın sağlamlıq durumu ilə bağlı yaxınları və milli fəallar arasında narahatlıq yaradıb.

Ssabah, iyulun 13-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində Əbdüləziz Əzimi Qədim və Tahir Nəqəvinin məhkəmə iclası keçiriləcək.

Əzimi Qədim keçən iyunun 13-də Tahir Nəqəvi və Hüseyn Piri ilə birlikdə aclıq aksiyasına başlayıb və o vaxtdan aksiyanı davam etdirir. Tahir Nəqəvi aclıq aksiyası keçirdiyi dövrdə ən azı üç dəfə həbsxana klinikasına yerləşdirildi və səhhətinə çox mənfi təsir göstərdiyi və infarkt ehtimalı səbəbindən aclıq aksiyasını dayandırıb. Hüseyn Piri isə bir dəfə vəziyyəti pisləşdiyi üçün həbsxana klinikasına yerləşdirildiyi bildirildi.

Evin həbsxanasında saxlanılan fəallar 6 aydan çoxdur ki, qeyri-müəyyən müddətə saxlanılır və prokurorluğun onların müvəqqəti azadlığa buraxılması ilə bağlı razılığına baxmayaraq, Tehran İnqilab Məhkəməsinin hakimi Əbülqasım Salavati onların zaminə buraxılmasına mane olur.

Forum

XS
SM
MD
LG