Accessibility links

Jurnalist ölkədən çıxışına qadağa qoyulduğunu bildirir


Şəmşad Ağa
Şəmşad Ağa

İyulun 5-də arqument.az xəbər saytının rəhbəri Şəmşad Ağa Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib. İstintaq orqanı şifahi şəkildə onun ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

Bu barədə Şəmşad Ağanın özü Amerikanın Səsinə deyib.

Jurnalist “Toplum TV işi” üzrə şahid qismində, xüsusən də bu nəşrdəki fəaliyyətilə bağlı dindirilib. Şəmşad Ağa iki il əvvəllədək “Toplum TV”də “Debat” verilişinin aparıcısı olub.

İstintaq sirrini açıqlamamaq öhdəliyi olduğu səbəbindən jirnalist dindirmənin detallarından danışmayıb.

O qeyd edib ki, dindirmə bitdikdən sonra ona şifahi şəkildə bildiriblər ki, ölkədən çıxışına qadağa qoyulub.

Jurnalist deyib ki, xaricə çıxışına qoyulan qadağa ilə bağlı rəsmi sorğu göndərcək və belə bir hal rəsmi təsdiqini taparsa məhkəmədə hüquqiliyini mübahisələndirəcək.

İstintaq orqanının nümayəndələrindən şərh almaq mümkün olmayıb.

Ötən ilin sonundan Azərbaycanda “Toplum” TV və “Abzas Media” işi üzrə dindirilən çoxsaylı jurnalistlər və fəallar ölkədən çıxışılarna qadağa qoyulduğunu bildirib.

Bu işlər üzrə 14 nəfər həbs edilib, daha iki nəfərin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Onlar xarici valyutanı qaçaqmal yolu ilə ölkəyə gətirməkdə ittiham edilir. Jurnalistlər və fəallar ittihamı qəbul etmir, fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəldiyini bildirir.

Forum

XS
SM
MD
LG