Accessibility links

İran Azərbaycanında “açıq məhkəmə” tələbi ilə imzatoplama kampaniyasına 760-dan çox imza ilə start verilib


Tehran İnqilab Məhkəməsi
Tehran İnqilab Məhkəməsi

2023-cü ilin yayından İran Azərbaycanında və İranın müxtəlif şəhərlərində təhlükəsizlik qüvvələri azərbaycanlı fəallara qarşı kütləvi həbslərə başlayıb və həmin tarixdən etibarən onlarla milli fəal həbs edilib, lakin onlardan bəziləri hələ də nəzarətdə saxlanılır və müvəqqəti azadlığa çıxamasına icazə verilmir.

Həbs olunan fəallar ağır təhlükəsizlik ittihamları ilə üzləşiblər ki, bu da uzunmüddətli həbsə məhkum olunma ehtimalı ilə bağlı narahatlıqlara səbəb olub. Bu həbs edilən və ağır ittihamlarla üzləşən həmin azərbaycanlı fəalların arasında hüquqşünas, din xadimi, incəsənət xadimi və ictimai fəallar olmaqla yanaşı hamısının fəaliyyətləri dinc və qeyri-zorakı xarakter daşıyır.

Təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan azərbaycanlı fəalların yaxınlarının verdiyi məlumata görə, bu milli fəallardan bəzilərinin həbsi şiddətli döyülmə və evlərinin qıfılların sındırılması və basqın və ya ailə üzvlərinin həbslə hədələnməsi ilə müşayiət olunub.

Müvəqqəti azadlığa buraxılma imkanı verilən fəallar yüksək girov müqabilində həbsxanalardan buraxılıblar.

Təhlükəsizlik qüvvələrinin təcridxanalarında saxlanılan bəzi fəalların sorğu-suala çəkildiyi zaman işgəncəyə məruz qaldığı bildirilib. Həmçinin uzun müddət dindirilmə prosesində onlar vəkilə çatım hüququndan məhrum edilib, ailələri və yaxınları ilə telefonla danışmağa belə imkan verilməyib.

İran İslam Respublikası məhkəmələri tərəfindən azərbaycanlı fəallara qarşı çox ağır təhlükəsizlik ittihamı irəli sürüldükdən sonra Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində yaşayan tanınmış siyasi fəal Yürüş Mehrəlibəyli sosial media vasitəsilə video-müraciət yayımlayaraq, azərbaycanlı siyasi məhbuslar üçün "açıq məhkəmə" tələbi ilə kampaniya başladıb.

Mehrəlibəyli özü ötən ilin noyabrında həbs edilmiş və Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında üç ay 12 gün saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxıldı. Hazırda o, məhkəmənin qərarına qədər zamindədir.

Siyasi fəalın həmin video-müraciəti, İran Azərbaycanın siyasi və ictimai fəalları, hətta İrandakı digər etnik qruplara mənsub siyasi fəallar tərəfindən dəstək dalğası ilə qarşılanıb.

Yüzdən çox azərbaycanlı siyasi və vətəndaş fəalı sosial media hesablarında qısa videolar paylaşmaqla bu kampaniyanı dəstəkləyib və Azərbaycan siyasi məhbuslarının məkəmə prosesinin açıq keçirilməsini, ayrıca bu fəalların işinin təfərrüatlarının şəffaf şəkildə ictimaiyyətə çatdırılmasını tələb ediblər.

İyunun 9-da Araz News saytı 763 şəxsin imzası ilə bu barədə petisiya yayıb. Həmin petisiyanı imzalayan şəxslər arasında azərbaycanlı fəallarla yanaşı, Qaşqay türkləri, ərəb, bəluc və türkmən fəalları da olub.

Petisiya üçün imzatoplama kampaniyası davam edərək, change.org saytında yerləşdirilib və ümumi imzatoplama prosesinə başlanılıb.

Bu petisiyanı imzalayanlar yayımlanan bəyanatda ümumilikdə həbs olunan fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər və bəyan ediblər ki, "Madam ki, İran İslam Respublikası rejimi və xüsusən də məhkəmə sistemi bu şəxslərin cinayət törətdiyinə inanırsa, ictimaiyyət qarşısında mühakimə etməlidir ki, ictimaiyyət də öz hökmünü versin."

Petisiyaya imza atan fəallar, siyasi fəalların məhkəmələrinin "açıq keçirilməsini", "müstəqil andlı iclasçılar heyətinin məhkəmələrdə hazır olmasıni", "televiziya kameraları qarşısında" və "vəkillərin və hüquq müdafiə təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilməsini məhkəmənin ədalətli keçirilməsinə doğru bir addım olacağını qeyd ediblər.

Forum

XS
SM
MD
LG