Tehranın Evin həbsxanasında mühakimə olunmadan 3 aydan çox müddətdir saxlanılan milli fəal Əbdüləziz Əzimi Qədimdən səsli mesaj yayılıb.
Azərbaycanlı milli fəal Əbdüləziz Əzimi Qədim, Evin həbsxanasından göndərdiyi səsli mesajda qeyri-müəyyən aylardır qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəalların vəziyyətlərində bir dəyişiklik olmadığı təqdirdə, kütləvi aclıq aksiyası keçirəcəklərini açıqlayıb.
Bu 3 dəqiqdəlik audio fayl Araz News Telegram kanalında yayımlanıb. Həmin audio faylda Əbdüləziz Əzimi türk fəalların 3 aydan artıqdır ki, Evin həbsxanasının təcridxanasında və ümumi bölməsində saxlanmasına toxunaraq, onların həbs müddətinin yenidən bir ay müddətinə uzadılması barədə məlumat verib.
Milli fəal göndərdiyi səsli mesajda, Evin həbsxanasında saxlanılan digər milli fəallarla məsləhətləşdikdən sonra, bu həbsxanada mühakimə olunmadan və məhkəmə qərarı olmadan nəzarət müddətələri ard-arda uzadılan milli fəalların "quru aclıq aksiyasına" gedəcəklərini bildirib.
Əbdüləziz Əzimi Qədim həmçinin bildirib ki, hakimiyyətə onların işi ilə məşğul olmaq üçün bir az daha zaman vermək qərarına gəliblər və bu zaman içində onların həbsdə saxlanma prosedurunda dəyişiklik olmadığı təqdirdə aclığa başlayacaqlar.
Fevralın ilk həftəsində İran Azərbaycanı və ölkənin digər vilayətlərində sakin olan çox sayda milli fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlandıqdan sonra Evin həbsxanasının 209-cu təcridxanasına köçürüldü.
Hazırda Bağır Hacızad, Tahir Nəqəvi, Araz Əman, Kamal Nuri, Ayaz Seyfxah, Kərəm Mərdanə, Mürtəza Pərvin, Hüseyn Piri və Əbdüləziz Əzimi Qədim vəkilə çatım hüququndan məhrum edilərək, 3 aydan çox müddətdir nəzarətdə saxlanılır və girov müqabilində müvəqqəti azadlığa çıxmalarına icazə verilmir.
Forum