Ən azı 9 fəalla birlikdə Evin həbsxanasında saxlanılan keçmiş milli fəal Əbdüləziz Əzimi bu gün Evin həbsxanasından mesaj göndərib.
Araz News Telegram kanalında yayımlanan bu mesajın mətnində dindirilməsinin mövzuları və sorğu-suala çəkildiyi zaman ona qarşı irəli sürülən ittihamlar barədə məlumatlar yer alıb.
Əzimi Qədim bildirib ki, bu mesajın yayılmasına səbəb təhlükəsizlik qüvvələrinə aid bəzi media orqanları tərəfindən ona və həbs olunan azərbaycanlı fəallara qarşı yalan məlumatların və böhtanların yayılması halında zərərsizləşdirməkdir.
Mesajda qeyd olunduğu kimi hazırda Evin həbsxanasının 4-cü bölməsində saxlanılan milli fəal Əbdüləziz Əzimi Qədim "Güney Azərbaycan sərhədləri, İran İslam Respublikası konstitusiyanın 15-ci maddəsinin şərhi, Qarabağ Müharibəsində Azərbaycan ordusuna dəstək mövqeyi, Zəngəzur koridorunu dəstəkləməsi, Telegram kanalında məzmunların İranşəhri hərəkatına və İran dövlətinə qarşı olması" ilə əlaqədar sorğu-suala çəkilib.
O, həmçinin mesajında bildirib ki, sorğu-sual edildiyi zaman "rejimə qarşı toplaşma və birləşmə" və "nifrət yaymaq" kimi ittihamlarla qarşılaşıb. Lakin rejimə qarşı birləşmə kimi ağır ittiham həbs edildiyi ilk günlər ona bildirilsə də, daha sonra dindirilmə prosesində heç vaxt gündəmə gətirilməyib.
Fəal İranda özünün və bir sıra türk fəalların həbsi ilə bağlı iki fərziyyə irəli sürüb. O, İran hakimiyyətində bir sıra qüvvələrin "Qarabağın işğal olunmuş ərazilərinin azad edilməsi" və eləcə də, "Zəngəzur koridorunun açılmasının ehtimalından son dərəcə qəzəbli olduğunu" irəli sürüb.
Əzimi Qədim İran Azərbaycanında bir çox milli fəalın həbsinin səbəbini başqa bir fərziyyə irəli sürərək şərh etməyə çalışıb. Ona görə, "Azərbaycan Respublikasının daxildəki İran rejimi tərəfdarı ünsürlərə zərbəsi İranda bəzi təhlükəsizlik qurumlarını qarşılıq vermək fikrinə yönəldib."
Əzimi Qədim həmçinin xəbərdarlıq edib ki, "o və digər azərbaycanlı məhbuslara qarşı Sepah-a aid medialarda şantaj və yalan məlumatların yayılması davam etdiyi təqdirdə, milli fəallara qarşı təhlükəsizlik qüvvələrin qanunsuz davranışları, sorğu-suala çəkmələri və çıxarılan hökmlərlə bağlı aydınlıq gətiriləcək".
Evin həbsxanasının 209-cu təcridxanasında dindirilən fəalların təzyiqlərə və işgəncələrə məruz qaldığı bildirilir.
Fevralın 5, 6 və 7-də İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində təxminən 15 türk fəal həbs edilib. Həmin fəallar sorğu-suala çəkilmək üçün kəşfiyyat Nazirliyinin təcridxanası kimi tanınan Evin həbsxanasındakı 209 saylı bölməyə yerləşdirilib.
Hazırda onlardan 6 nəfərinin indiyə qədər sərbəst buraxıldığı bildirilir. Lakin sayları 9 olduğu təxmin edilən fəalların Evin həbsxanasının 4-cü bölməsinə köçürüldüyü və qeyri-müəyyən müddətə saxlandığı qeyd edilir.
Forum